Kiçik sahibkarın böyük dayağı

 

İlham Əliyevin yaratdığı KiçikOrta Biznesin İnkişafı Agentliyi adamlarının ən yaxın dəstəkçisinə çevrilir

 

Azərbaycanda formalaşan iqtisadi sistem bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu iqtisadi sistemin aparıcı qüvvəsi sayılan kiçikorta sahibkarlıq isə dövlətin dəstəyi sayəsində iqtisadiyyatın inkişafında lokomotiv rolunu oynayan qüvvəyə çevrilib.

Bu sahədə aparılan tədbirlər nəticəsində kiçikorta sahibkarlığın maliyyə dayanıqlığının artırılması, uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi, eləcə də kiçikorta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülüb.

 

Sahibkarlıq subyektlərinə hərtərəfli dəstək

 

Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlar Azərbaycan iqtisadiyyatının daha da şaxələnməsini təmin edib.

Bu xüsusda onu da qeyd edə bilərik ki, kiçikorta sahibkarlıq subyektlərinə göstərilən diqqət və qayğı prosesi daha da genişləndirib. Azərbaycan Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində KiçikOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılması, 26 iyun 2018-ci il tarixli fərmanla isə agentliyin fəaliyyətinin təmin edilməsi dövlət başçısının bu sahəyə hər zaman göstərdiyi dəstəyin təcəssümüdür.

Agentliyin əsas məqsədi ölkədə mikro, kiçikorta biznesin (KOB) inkişafını dəstəkləmək, subyektlərinin maraqlarını qorumaq və problemlərinin həllində iştirak etmək, sahibkarlara bir sıra xidmətlər göstərmək, dövlət və özəl qurumların bu sahədəki xidmətlərini əlaqələndirmək, bir sözlə, kiçikorta sahibkarların dostuna çevrilməkdir.

 

Regionlarda 8 "KOB Dostu” fəaliyyətdədir

 

Agentlik yaradıldıqdan dərhal sonra ilk layihəsini gerçəkləşdirdi - "KiçikOrta Biznesin Dostu” ("KOB Dostu”) Masallıda fəaliyyətə başladı.

Prezident İlham Əliyev sentyabrın 18-də respublikanın cənub bölgəsinə səfəri çərçivəsində Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edərkən "KOB Dostu” mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə fəaliyyət göstərəcək "KOB Dostukiçikorta biznes sahələrinin yaranması və mövcud biznesin daha da inkişafı vasitəsilə regionların potensialının reallaşdırılmasına dəstək olacaq.

Sentyabrın 21-də Masallı Sənaye Məhəlləsində bölgədə fəaliyyət göstərən sahibkarların iştirakı ilə ilk "KOB Dostunun təqdimatı keçirildi. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verərək bildirdi ki, agentliyin yaradılması dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisidir. Agentliyin missiyası kiçikorta biznesin tənzimlənməsi sahəsində effektivliyin artırılması, çoxsaylı dəstək mexanizmlərinə sahibkarların rahat çıxışının təmin edilməsi, biznes subyektlərinin maraqlarının müdafiəsi əsasında bu sektorun davamlı inkişafının təmin edilməsindən ibarətdir. Hədəf isə qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.

Az müddət ərzində agentliyin Masallı, Siyəzən, Şabran, Gəncə şəhəri və Xaçmaz, Yevlax, QubaQusar rayonlarında "KOB Dostu” fəaliyyətə başladı. Bu ay isə Sumqayıt şəhərində, eləcə də Abşeron və Qəbələ rayonlarında KOB dostlarının fəaliyyətə başlayacağı gözlənilir. İndiyə qədər KOB dostları sahibkarlıq subyektləri ilə 120-dən çox görüş keçirib, təkliflər dinlənilib, suallar cavablandırılıb.

 

"KOB Evi” - 34 dövlət qurumunun 110-a yaxın xidməti

 

Ümumilikdə 10 iqtisadi rayon üzrə 60 "KOB Dostu” şəbəkəsinin yaradılması nəzərdə tutulur. Agentlik tərəfindən kiçikorta sahibkarlığın inkişafı, onlara dəstəyin və müvafiq xidmətlərin göstərilməsi üçün "KOB Dostu” ilə yanaşı, sahibkarlara xidmətləri vahid məkanda təqdim edəcək "KOB Evi” də yaradılacaq. Hazırda bu istiqamətdə işlər aparılır. KOB evlərinin yaradılması ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək. Ümumilikdə KOB evlərində sahibkarlara vahid məkan prinsipi əsasında 34 dövlət qurumu 110-a yaxın xidmət göstərəcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB Evi” portalının yaradılması istiqamətində işlər davam etdiriləcək.

Agentlikdə KOB İnkişaf Fondları, KOB İnkişaf Mərkəzləri də formalaşacaq. KOB İnkişaf Fondları xariciyerli investorlar üçün uğurlu maliyyələşmə mexanizmləri yaradacaq, KOB-ların və startapların biznes təşəbbüslərini dəstəkləyəcək. KOB İnkişaf Mərkəzləri isə sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes ideyalarının dəstəklənməsinə, maliyyə resurslarına çıxışın asanlaşdırılmasına xidmət edəcək.

 

Əlaqələr genişləndirilir, yeni tərəfdaşlar tapılır

 

Ölkəmizdə kiçikorta biznesin inkişafı istiqamətində KOBİA müxtəlif dövlət qurumları, ictimai təşkilatlar, ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. İndiyədək Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, "ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və digər qurumlarla əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.

Sentyabrın 28-də KOBİA ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumuna əsasən, tərəflər gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi, bu məqsədlə aralarında Azərbaycan və Rusiyanın biznes mühitinə dair məlumatlandırma işlərinin aparılması, azərbaycanlı gənc mütəxəssislərin və tələbələrin təcrübə proqramlarının hazırlanması, qabaqcıl təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcək.

 

İctimai Şura, "KOB Könüllüləri”, "Sahibkarlara Dəstək Sistemi

 

Agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması, KOBİA ilə ictimaiyyət, o cümlədən, biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə ötən il noyabrın 29-da agentlik yanında İctimai Şura yaradıldı. Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

Gənclərin işgüzar inkişafına dəstək göstərilməsi və məşğulluğunun təmin olunması üçün KOBİA-da Könüllü Şurası da yaradılıb. Agentlikdə hazırda "KOB Könüllüləri” Proqramı həyata keçirilirKOBİA-daqurumun regionlardakı KOB dostları ilə birlikdə 20-yə yaxın könüllü fəaliyyət göstərir. Gələcəkdə agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

Qısa zaman ərzində agentlik "Sahibkarlara Dəstək Sistemini də istifadəyə verib. Agentlik "Bakutel 2018” sərgisində iştirak edən KOB-lar üçün "KOB Dəstək Proqramı”nı həyata keçirib və "Sahibkarlara Dəstək Sistemini təqdim edib. Bu sistem çərçivəsində hazırlanmış elektron portal onlayn rejimdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və onların çevik həlli funksiyasını yerinə yetirir. Bu yenilik sahibkarın öz müraciətinə baxılma prosesini izləməsini, vaxt itkisinin qarşısının alınmasını və müraciətlərə daha operativ və şəffaf rejimdə baxılmasını təmin edir.

Kiçikorta biznesin inkişafı istiqamətində həyata keçirilən bütün tədbirlər - idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, dəstək mexanizmlərinin genişləndirilməsi sahibkarlara xidmətlərin operativ, şəffaf və rahatlıq prinsipləri əsasında göstərilməsinə, bir sözlə sahibkar məmnunluğunun təmin edilməsinə yönəldilib.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 10 fevral.- S. 1; 5.