TAP Azərbaycan qazını Avropaya vaxtında çatdıracaq

 

2018-ci ildə "Cənub qaz dəhlizi”nin reallaşması istiqamətində mühüm addımlar atıldı. May ayında Bakı yaxınlığındakı Səngəçal terminalında layihənin rəsmi açılış mərasimi keçirildi. Buna "Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində qazın əldə olunması və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinin başa çatdırılması imkan yaratdı.

İyun ayında Transanadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə verildi. Beləliklə, "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü artıq reallaşıb. Dördüncü hissənin - Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi isə uğurla davam edir.

TAP "Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Bu, strateji əhəmiyyətli bir layihədir, Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək enerji təhlükəsizliyinə ciddi dəstək verəcək. TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

Artıq İtaliyada TAP-ı qaz şəbəkəsinə birləşdirəcək kəmərin tikintisinin vaxtı da açıqlanıb. Bu barədə ölkənin kütləvi informasiya vasitələrində xəbər yayılıb. KİV "Snamşirkətinin məlumatına istinadən bildiriblər ki, interkonnektor qaz xəttinin tikintisinə bu ilin fevral-mart aylarında başlanılması gözlənilir. "Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi nəzərdə tutulur.

"Snam” TAP-ın səhmdarlarından biridir layihədə SOCAR (20 faiz), BP (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) "Axpo” (5 faiz) şirkətləri ilə tərəfdaşlıq edir. O, sözügedən layihədə 20 faiz iştirak payına malikdir.

"Snaməvvəllər İtaliyanın "Enienergetika qrupunun törəmə şirkəti olub. Şirkət təbii qaz infrastrukturunun qurulması üzrə ixtisaslaşıb 2017-ci ilin sonuna olan göstəriciyə görə, bazar kapitalının həcmi 13,953 milyard avro təşkil edib.

Xatırladaq ki, ümumi dəyəri 4,5 milyard avro olan TAP kəməri ilə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Sonrakı illərdə bu həcm artırıla da bilər.

Layihənin İtaliyada başa çatmasına baxmayaraq, təbii qazın gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm ondadır ki, Yunanıstan-Bolqarıstan interkonnektoru İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb.

Kəmərin yolu qısa olmadığından ayrı-ayrı hissələrinin fərqli coğrafi şəraitdə yerləşdiyindən inşaat işləri mürəkkəbdir. Belə ki, marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr aşağıda yerləşir. Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə çatan zirvələrdən aşır. Xəttin quru hissəsində boruların diametri 48 düym olduğu halda, sualtı hissədə onlar xeyli dar - 37 düymdür. Beləliklə, tikinti işlərinin mürəkkəbliyi onunla şərtlənir ki, digər kəmərlərdən fərqli olaraq, TAP-ın xeyli hissəsi suyun altından dağ zirvələrindən keçir. Üstəlik, kəmərin bir sıra yerüstü obyektləri, məsələn, ölçmə kompressor stansiyaları da var.

TAP AG şirkətinin verdiyi məlumata görə, kəmərin Yunanıstan Albaniya hissəsində marşrut boyunca xəndəyin 98 faizi artıq qazılıb. TAP layihəsi üzrə mühəndis, təchizat tikinti işləri daxil olmaqla işlərin 82,4 faizi icra edilib. Tikinti meydançalarında işlər uğurla davam etdirilir. Bu da kəmərin Azərbaycan qazını Avropaya nəzərdə tutulduğu vaxtda, yəni gələn il çatdıracağına zəmanət verir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 10 fevral.- S.6.