Xocalışahidlərin gözü iləsənədli-tarixi kitabı ingilis rus dillərində nəşr olunub

 

"Xocalışahidlərin gözü iləsənədli-tarixi kitabı ingilis rus dillərində nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabda Xocalı soyqırımının canlı şahidlərinin xatirələri toplanıb.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru "Azərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə "Azərbaycanqəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.

Kitab ingilis rus dillərinə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən tərcümə olunaraq nəşr edilib.

"Xocalı şahidləri danışırkitabı professor Əli Həsənovun "Xocalı soyqırımı: səbəbləri, nəticələri beynəlxalq aləmdə tanınmasıadlı məqaləsi ilə başlayır. Məqalə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur.

Bu nəşrlərin dünyanın bir çox ölkələrində, beynəlxalq kitab sərgilərində təqdimatlarının təşkil olunması, xarici universitetlərə, kitabxanalara, eləcə kütləvi informasiya vasitələrinə çatdırılması nəzərdə tutulur.

"Xocalışahidlərin gözü iləsənədli-tarixi kitabının nəşri Xocalı soyqırımının tanıdılması, bu istiqamətdə araşdırmaların aparılması, faciə ilə bağlı xatirələrin gələcək nəsillərə ötürülməsi, yaddaşların təzələnməsi baxımından önəmli addımdır.

 

Azərbaycan.- 2019.- 15 fevral.- S.7.