27 ilin acısı

 

Erməni separatçılarının vəhşiliyi

 

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ- məxsus olan o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə 6000 nəfərdən çox azərbaycanlının yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər.

Xocalı şəhəri 4 aydan artıq idi ki, erməni silahlı birləşmələri tərəfindən mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar uşaqlar vardı.

Azğınlaşmış erməni quldurları özlərinin muzdlu xarici havadarlarının köməyi ilə həmin gecə Xocalı şəhərini yerlə yeksan etdilər. 366-cı alaya məxsus çoxsaylı ağır texnikanın köməyi ilə şəhər tamamilə dağıdıldı yandırıldı. Əliyalın dinc mülki əhali dəhşətli qırğına məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üz qaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq taleyin hökmü ilə bir neçə Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.

Azərbaycan Müdafiə Nazirliyi tibbi xidmətinin rəisi Xanlar Hacıyev xidməti işi ilə çox ölüm əzablarla qarşılaşsa da, Xocalı hadisələri zamanı törədilmiş vəhşiliklərdən dəhşətə gəlmişdi. Donmuş qızın üzünün bıçaqla kəsilməsi, döyüşçünün bağırsaqlarını çıxararaq qarışdırılması bu cür vəhşiliklərə misaldır.

Əhməd bəy Ağayev yazırdı: "Yer üzərində Allahın yaratdığı qədər vəhşi yırtıcı varsa, onlar başqa heyvanları parçalayırlar, amma öz həmcinslərinə toxunmurlar. acıdır ki, vəhşi heyvanların etmədiklərini ermənilər etdilər. Tarixdə buna bənzər heç bir hadisəyə rast gəlməmişik”.

Erməni quldur dəstəsinə yardımçı olan 366-cı motoatıcı alayın komandiri Zaqviqarov, erməni separatçılarına həvəslə silah-sursat verən general-polkovnik Qromov, general-leytenant Qrekov polkovnik Qraule döyüşdə iştirak ediblər. Günahsız azərbaycanlıları həvəslə güllələyənlər arasında Baylukov, I batalyonun komandiri polkovnik İ. Moifeyev, II batalyonun komandiri mayor Novatix, rota komandiri baş leytenant O.Mirzoxalvarov, tank komandiri V.Qarmaş başqaları dinc əhalini meydana yığıb güllələyərək ağır cinayət törətmişlər. Fevralda Xankəndiyə xeyli sayda uçuşlar olub. Həmin pilotlar muzdla tutulmuş Suriya Livan erməniləri idi. Onların kimlərdən ibarət olduqlarına diqqət yetirək:

 

17 ¹ li vertolyot, pilotu İrəvandan olan hərbi qulluqçu Ararat Saracyan

29 ¹ li vertolyot, pilotu Livan vətəndaşı Zahid əl-Məhəmməd

39 ¹ li vertolyot, pilotu Livan ermənisi Romb Qalakçiyan

40 ¹ li vertolyot, pilotu suriyalı erməni Razdan Minoyan

45 ¹ li vertolyot, pilotu İrəvan polis əməkdaşı Suren Pirimyan.

 

Həmin vertolyotlar 1992-ci il 22 fevralda Xankəndiyə uçuş edərək 366-cı motoatıcı alayın tərkibinə qatıldılar. Onlar 1992-ci il fevral ayının 26-da saat 16-dan 24-dək Xocalını bombalamaq üçün 89 ədəd raket buraxmışdılar. Fevralın 26-da Zahid əl-Məhəmməd Suren Pirimyan döyüşdə fəallıq göstərdiklərinə görə "Qızıl Xaçordeni ilə təltif olunublar. General-leytenant Yuri Qrekovun verdiyi məlumata görə, "Xocalı ərazisini azərbaycanlı yaraqlılardan təmizləmək üçün "Qrad "Uraqantipli artilleriya qurğularından istifadə olunmuşdu”. Həmin vaxt azərbaycanlılara qarşı törədilən ağılasığmaz vəhşilikləri Fransadan gəlmiş operatorlar Jül Barilyan Şerik Staryan güllələnmiş xocalılıların meyitlərini 02-19 MM nömrə nişanlı "KamAZavtomaşınında gətirib qaladıqları tonqallarda yandırma səhnəsini görsələr , çox soyuqqanlılıqla lentə aldılar. Ona görə ki, onların qanında, canında azərbaycanlılara qarşı ölçüyəgəlməz dərəcədə kin-küdurət var idi.

Canilərin canisi Zori Balayan 1935-ci ildə Xankəndidə anadan olub, orada boya-başa çatıb, Azərbaycanın suyunu içib, havasını udub. İxtisasca həkimdir. Lakin o öz sənətinin ardınca gedib müalicə etmək, şəfa verməkdən vaz keçib. Uzun müddət "Komsomolskaya pravdaqəzetində müxbir işləyib. Azərbaycan xalqına qarşı böhtan xarakterli yazılar yazmaqla məşğul olub. Yaxşı yadımdadır, 1963-cü ilin oktyabr ayının 16-da "Komsomolskaya pravdaqəzetində dərc edilmiş məqaləsində yazmışdı: "Ermənistan SSR-in dilbər guşələrindən olan Şuşa şəhəri, oradakı mədəniyyət abidələri oranın erməni xalqının qədim yaşayış məskəni olmasından xəbər verir...”

Açığını deyim ki, bu məsələyə ciddi yanaşılmadı, əhəmiyyət verilmədi. 1987-ci ildə çapdan çıxmış "Sovet hüquqlarının əsaslarıkitabında oxuyuruq. "Uçitelğ nemeüskoqo əzıka, şkola ¹2, qorod Stepanakerd Armənskiy SSR”. Millətlərarası ədavət yaradan bu cani bir-birinin ardınca azərbaycanlıların heysiyyətinə toxunan əsərlər çap etdirirdi. 1984-cü ildə 20 min tirajla buraxılan "Ocaqkitabı, 1986-cı ildə çapdan çıxan "Yoldapovesti nəhayət, 1996-cı ildə "Ruhumuzun canlanmasıkitabı işıq üzü gördü. Sonuncu kitabı azərbaycanlıların tökülən nahaq qanı ilə yazılıb. O yazır: "Mən uşaqlıq dostum Xaçaturla Xocalı şəhərində bir türk evinə girdik. Bizim əsgərlər tərəfindən qollarından pəncərə çərçivəsinə mıxlanmış 13 yaşlı bir türk uşağını gördük. O qışqırırdı. Onun zəhlətökən səsini eşitməmək üçün Xaçatur yeniyetmənin anasının kəsilmiş döşünü onun ağzına dürtdü. Mən həmin türkün başının, qarnının sinəsinin dərisini soydum. Sonra saata baxdım. 7 dəqiqədən sonra türk balası çoxlu qan itirməsi nəticəsində öldü. Mən həkim olduğum üçün bu hərəkətimə bir o qədər sevinmədim. Məni sevindirən o idi ki, mən xalqımın qisasını aldım. Sonra Xaçatur yeniyetmənin cəsədini balta ilə parçalayıb itlərə atdı. Axşamçağı daha üç türk yeniyetməsini bu yolla qətlə yetirdik. Mən bununla da erməni xalqını sevən bir adam kimi öz borcumu yerinə yetirdim. Sonra dostum Suren dedi: "Biz yırtıcı deyilik, ona görə ürəyimizi buz kimi saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri ermənilərin ruhları az da olsa sakitləşəcək”.

366-cı motoatıcı alayın azərbaycanlıların qanını axıdan zabitlərindən biri törətdikləri cinayətə görə cəzalandırılmadı. Livandan, Suriyadan, Beyrutdan gələn muzdlu əsgərlərdən Livan ermənisi Daud Xeyriyanın 2000-ci ildə işıq üzü görən "Xaç naminəkitabından bir hissəni nəzərinizə çatdırmaq istərdim: "Biz şaxtalı qış günündə erməni işğalında olan ərazidəki Daşbulaq yaxınlığından 1 kilometr bataqlığı keçmək üçün meyitlərdən körpü salmalı olduq. Mənim meyitlərin üstündən keçib getmədiyimi görən polkovnik Seyran Ohanyan (sonra müdafiə naziri oldu) mənə bildirdi ki, qorxmaq lazım deyil, bu, müharibənin qanunudur. Mən qana bulaşmış meyitlərin üstündən keçib getdim”.

Daud Xeyriyan yazır: "Martın 2-də "Qaflanerməni qrupu 200-dən artıq azərbaycanlı meyitini yığıb Xocalıdan təxminən 1 km aralı olan qəbiristanlıqda yandırırdı. Axırıncı maşında mən alnından qolundan yaralanmış 10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş bu uşaq aclığa, soyuğa, yaralarına baxmayaraq, hələ sağ idi. O, sakitcə nəfəs alırdı. Ölümlə çarpışan bu uşağın baxışlarını unuda bilmirəm heç vaxt unutmayacağam. Bir qədər sonra Tiqran adlı əsgər qızın saçlarından tutub alovlanmaqda olan meyit tonqalına atdı. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasında kim isə qışqırır, köməyə çağırırdı. Bu vəhşiliyi gördükdən sonra mən daha yeriyə bilmədim”. Bu, erməni vəhşiliyinə erməninin etirafıdır!

Qarabağın ən qədim məskənlərindən biri olan Xocalıda törədilən erməni cinayətkarlığı dünya tarixində vəhşilik baxımından analoqu çox az olan ən dəhşətli genosid idi.

 

Əvəz LƏLƏDAĞ

 

Azərbaycan.- 2019.-26 fevral.- S.10.