Böyük terrorun başlanğıcı

 

Sumqayıt hadisələrindən 31 il ötür

 

Sovetlər birliyində münaqişələr dəfələrlə müxtəlif formalarda özünü göstərib. Lakin SSRİ rəhbərliyi bunun qarşısını ala bilmişdi. Qorbaçov hakimiyyətə gəldikdən sonra isə demokratiya pərdəsi altında kommunist rejiminin həllini tapmadığı məsələlər yenidən qabardı. Bundan istifadə edən ermənilər öz məkrli planlarını həyata keçirmyə başladılar.

1988-ci ilin fevralında Xankəndidə erməni millətçiləri kütləvi mitinqlər keçirib SSRİ rəhbərliyindən Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə qatılmasını tələb edirdilər. Mitinqlərdə azərbaycanlıların "cinayətlərindən” söz açır, əl altında qaldıqlarını iddia edirdilər. Dağlıq Qarabağın ətraf rayonlarından ermənilər mitinqlərə axışır, oradan təlimatlandırılırdılar. Həmin hadisələrdən sonra belə bir fikir dolaşırdı ki, ermənilər əvvəlcə Gəncəni iğtişaşların mərkəzi kimi qəbul ediblər. Amma sonradan ermənilərin daha çox yaşadıqları Sumqayıtı seçdilər.

Bu il 70 yaşını qeyd edəcək Sumqayıt zəhmətkeşlərin şəhəridir. Yaranışından diqqəti cəlb edən bu şəhər beynəlmiləl xüsusiyyətləri ilə də fərqlənirdi. Vaxtilə "dostluq” şəhəri adlanan, özündə 82 millətin və etnik qrupun nümayəndəsini birləşdirən, daşı daş üzərinə qoyub böyük və nəhəng bir şəhər salan, beynəlmiləl bir ailədə yaşayan insanlar 1988-ci ilin fevral ayının 28-də bir qrup ekstremistin əli ilə Sumqayıtda qanlı aksiyanın törədilməsinə necə rəvac görə bilərdi? Hadisələrə təkan verən, təlimatlandıran, maddi vəsait ayıran qüvvələr kimlər idi? Təbii ki, "böyük Ermənistan” yaratmaq xülyasında olan Ermənistan Respublikasının rəhbərliyi, millətçi qüvvələr, daşnak partiyasının fəalları. Onlar Ermənistanın xüsusi xidmət orqanları və xaricdə yaşayan erməni lobbisinin ssenarisi əsasında Sumqayıtda qanlı aksiya törətdilər.

Həmin illərdə Qorbaçovun siyasi məsələlər üzrə köməkçisi Şahnazaryan, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan və digərləri SSRİ kimi böyük bir dövlətin xaricidaxili siyasətini maraq və ambisiyalarına uyğun istiqamətləndirə bildilər. Nəticədə Qarabağda və Ermənistanda fasiləsiz mitinqlərə start verildi, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı təzyiqlər, hücumlar gücləndi. Beləcə qaçqınların ilk böyük dalğası Sumqayıtı silkələdi.

Öz doğma yurdlarında min illərlə yaşayan insanlar Sumqayıta pənah gətirdilər. Çünki ermənistanlı azərbaycanlıların çox hissəsinin Sumqayıtda qohum-əqrəbası yaşayırdı. Eyni zamanda, həmin dövrdə dolaşan fikirlərdən biri də qaçqınların Qarabağda yerləşdirilməsi idi. Bunun qarşısını almaq üçün növbəti bir saxta "genosid” aktı hazırlamaq iddiası ermənilər tərəfindən düşünüldü.

Tarixdən bəllidir ki, erməni millətçiləri müxtəlif dönəmlərdə Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı cinayətlərin müəllifidirlər. Artıq 1905, 1918-ci illərin təcrübəsi vardı. Qarşılarına qoyduqları məkrli niyyətlərə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan cinayətlərdən, hətta günahsız ermənilərin qanını tökməkdən belə çəkinməyiblər. İftira və yalanlardan "əzabkeş erməni xalqına” ağı deyib təəssübkeşlərində özlərinə mərhəmət, müsəlmanlara nifrət oyatmaq istəyən erməni faşistləri törətdikləri cinayətləri tarixən türklərin və azərbaycanlıların adına yazmağa cəhd ediblər.

1988-ci il fevralın əvvəllərində ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsini qoparıb Ermənistana birləşdirmək üçün açıq fəaliyyətə başladılar. Separatçı "Qarabağ” və "Krunk” komitələri dünyanın hər yerində yaşayan ermənilərə müraciət qəbul edərək onları "böyük Ermənistan” arzularının reallaşacağı gün uğrunda mübarizəyə səslədilər.

Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıta və Bakıya milliyyətcə erməni olan şübhəli şəxslər gəlmişdi. Azərbaycan dilini mükəmməl bilən həmin adamlar xəritə əsasında bütün küçə və dövlət orqanlarını qeydiyyata almış, xüsusi terror planı hazırlamışdılar. Şəhərdə gizlin fəaliyyət göstərən "Krunkdaşnak təşkilatının üzvləri ilə görüşən təxribatçı qrup erməni ailələrinin siyahısı əsasında niyyət və məramlarını bölüşmüşlər. Həmin şəxslər Sumqayıtda ermənilərin gur yaşadığı ərazilərdə çoxsaylı gizli görüşlər keçirmiş, onları gələcək hadisələrlə bağlı təlimatlandırmış, şəhərin dörd bir tərəfində yaşayan ermənilərin ünvanlarını hazırladıqdan sonra iğtişaşlar zamanı kiminlə necə hərəkət edəcəklərini də onlara anlatmışlar.

Həmin günlərdə şəhəri tərk edən imkanlı erməni ailələri isə hadisələr ərəfəsində bankda olan pullarını çıxardaraq özləri ilə aparmışdılar. Onlar evlərinin bahalı mebellərini, bəziləri hətta evlərini də satmışdılar. Bütün bunlar hüquq mühafizə orqanlarının gözü qarşısında baş verib. Sumqayıtda baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə həmin qrup yoxa çıxmışdır. Bu da həmin hadisələrin Kremlin dəstəyi ilə ermənilərin törətdiyini tam sübuta yetirir.

Fevralın 28-29-da ermənilər məkrli planlarını həyata keçirməyə başladılar. Onlar hətta qətlə yetirəcəkləri adamların siyahısını talan törədəcək komitə üzvlərinə də paylamışdılar. Bir neçə gün əvvəl ermənilər yaşayan evlər xüsusi adamlar tərəfindən işarələnmişdi. Fevralın 28-29-da Sumqayıtda iğtişaşlar törədilir, ermənilər öz millətlərindən olan insanları qəsdən qətlə yetirir, lakin SSRİ-nin ovaxtkı hərbi prokuroru Katuşev Bakıda ola-ola baş verənlərin qarşısını almağa tələsmirdi. Ona hər dəqiqə məlumat verilsə də, bütün bunlara biganə yanaşırdı.

Sumqayıtdakı kütləvi iğtişaşların əvvəlcədən təşkil edilmiş aksiya olmasını sübut edən faktlardan biri də talançıların hərəkət etdikləri marşrut üzrə bütün hərəkətlərin videoçəkilişinin aparılması idi. Həmin kadrlar Qərb ölkələrinin televiziya kanallarında operativ şəkildə göstərilmişdir. Şübhəsiz ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı idilər. Çünki çəkilişləri aparanlar şəhəri tərk etdikdən sonra heç bir fakt lentə alınmamışdır. Bu da çəkilişlərin planlı olduğunu bildirir. Hadisələrdən sonra o da üzə çıxdı ki, Sumqayıtda qətlə yetirilənlərin demək olar ki, hamısı əslən dağlıq qarabağlıdır.

Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşlar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı da aşkar olunmuşdur.

Bu hadisələrdə guya azərbaycanlılardan ölənlərin olmaması "fakt”ından istifadə edən ermənilər bu iddialarını indidavam etdirirlər. Halbuki həmin hadisələr zamanı öldürülənlərin 6-sı azərbaycanlı idi.

İstintaqın ilkin mərhələsində 1050 nəfər şübhəli şəxs qismində tutulmuş, onlardan bir hissəsi inzibati, bir hissəsi isə cinayət məsuliyyətinə cəlb edilmişdi. 97 nəfər barəsində 55 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdi. Onlardan 92 nəfəri azərbaycanlı, 2 nəfəri rus, 2 nəfəri ləzgi, 1 nəfəri erməni idi. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 183 nəfər barəsində, o cümlədən qəsdən adam öldürməyə görə 38 nəfər, zorlamaya görə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş 42 nəfər barəsində əməllərində cinayət tərkibi və ya cinayət hadisəsi olmadığından işin icraatına xitam verilmişdir.

Hadisələrlə bağlı saxlanılanlar arasında müxtəlif millətlərdən olan adamlar - azərbaycanlılar, ermənilər, ruslar, yəhudilər və başqaları var idi. Sumqayıtda quldurluq edənlərin arasında ermənilər tərəfindən satın alınmış ekstremist qruplar, cinayətkarlar, terrorçular, təxribatçılar, narkomanlarspirtli içki düşkünləri var idi.

İstintaq materiallarında göstərilir ki, 444 adam məhkəmə qarşısında cavab vermiş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmışdır. Bir neçəsi uzunmüddətli həbs cəzasına, Əhməd İman oğlu Əhmədov isə ölüm cəzasına məhkum olunmuşdur. Təəccüblüsü odur ki, Əhməd Əhmədovun işinə Moskvada tələsik baxıldı və onu Sumqayıtda baş verən hadisələrin "təşkilatçısı” kimi qələmə verdilər. 1988-ci ilin oktyabr ayının 18-də SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə başladı. Məhkəmə prosesi başlayan gün "Ostankino” telekanalının "Xəbərlər” proqramında bütün dünyaya xəbər verdilər ki, Sumqayıt hadisələrində "başkəsən” üç nəfərin məhkəmə işinə başlanılır. Ertəsi gün Moskvada nəşr olunan kütləvi informasiya vasitələri də bu barədə ictimaiyyətə məlumat çatdırdılar. Moskvada, SSRİ Ali Məhkəməsinin binasında Sumqayıtda kütləvi iğtişaşların baş verməsində müqəssir bilinən şəxslərin mühakiməsi başlandı. Müttəhimlər kürsüsündə əyləşən Ə.Əhmədov, T.İsmayılov, Q.Cəfərov talanlar, yanğınlar, qətllərlə nəticələnən kütləvi iğtişaşların təşkilində və yaxından iştirakında təqsirləndirilirdilər.

Məhkəmə prosesinə SSRİ Ali Məhkəməsinin üzvü R.K.Brize sədrlik edirdi. Məhkəmənin tərkibinə SSRİ Ali Məhkəməsinin xalq iclasçıları V.A.KuznetsovS.Smirnov daxil idilər. Dövlət ittihamçısı, SSRİ Baş Prokurorunun köməkçisi D.Kozlovski idi.

O dövrdə SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun "Novoye vremya” jurnalında müsahibəsi çap olundu. Terebilov məhkəmə proseslərinə yuxarıdan, xüsusilə Kommunist Partiyası Mərkəzi Komitəsi aparatından təzyiqlər olduğundan şikayətlənirdi. Tələb edirdi ki, məhkəmə müstəqil olmalıdır. Terebilov daha sonra qeyd edirdi ki, hazırda SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə baxır. Məhz yuxarıların təzyiqi nəticəsində məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub, Əhmədovun timsalında, nəyin bahasına olursa-olsun, "təşkilatçı” obrazı yaratmaq niyyətinə düşür.

Əslində isə hadisələrin təşkilatçısı olan 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunmuş üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan "Paşa” ləqəbli Eduard Qriqoryan idi. O, AlbertErnis adlı iki qardaşı ilə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları da paylamışdı.

Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayət meyilli qonşuları ilə ümumi dil taparaq onlara spirtli içkiinsanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluqsoyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq ermənilərdən intiqam almağa çağırıb. Özüburada yaşayan ermənilərin siyahısını verərək ünvanlarını göstərib, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri "Qarabağ bizimdir!”, "Erməniləri qırın!” kimi şüar və çağırışlarla "Qarabağ” və "Krunk” cəmiyyətləri təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib, talan və digər cinayətlərdə fəal iştirak edib. Eduard özü 6 ermənini qətlə yetirib. O, hadisələr zamanı MarinaKarina Mejlumyanlar adlı erməni qızlarını da zorlayıb.

Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriqoryana cəmi 12 il cəza verilib.

6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi-xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb. Həmin dövrdə "Novoye vremya” jurnalı, "Moskovskiye novosti” qəzeti və digər mətbu orqanlar Sumqayıt hadisələri ilə bağlı öz səslərini qaldırsalar da, bir nəticə olmayıb. Yazılarda istintaqın düzgün aparılmadığı, cinayətin kim tərəfindən törədilməsinin aşkar edilmədiyi vurğulanırdı.

Sumqayıt hadisləri də başvermə xüsusiyyətinə görə böyük bir terrorun başlanğıcı oldu. Məhz bu saxta "genosid”dən sonra minlərlə azərbaycanlı qətlə yetirildi, ərazimizin 20 faizi işğal edildi.

Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev mənfur erməni məkrinin, neçə-neçə terror aktının qarşısını aldı.

Bu gün ermənilərə layiqli cavab verilir. Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu, torpaqların azad edilməsinə hazır olan ordunun yaradılması ondan xəbər verir ki, tezliklə işğalda olan ərazilər azad ediləcək.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 28 fevral.- S.14.