Dünya mədəni irsinin qorunması yolları Bakıda müzakirə olunur

 

Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə evsahibliyi edir. Bakı Konqres Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyunun 27-də Abidə Menecerləri Forumu öz işinə başlamışdır. Xatırladaq ki, "Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyaya (1972) uyğun olaraq Dünya İrsi Abidə Menecerləri Forumu yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində işə başlayıb və artıq üçüncü dəfədir keçirilir. Cənubi Qafqazın, dünya ictimaiyyətinin maraq dairəsində olan bu forum haqqında bir sıra xarici ölkələrin televiziya kanallarında məlumatlar verilib. Dünya mədəni irsi ilə bağlı məsələlərin müzakirə edildiyi bu tədbirə 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın nümayəndə qatılıb.

Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi sözsüz ki, Azərbaycanın UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. İyulun 4-dək davam edəcək forum Mədəniyyət Nazirliyi, UNESKO-nun Dünya İrs Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM), "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə reallaşmışdır. Dünyanın bu kimi mötəbər beynəlxalq təşkilatlarının öz tədbirlərini Bakıda keçirməsi həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.

Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış təşkilat komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev forumu açaraq bildirmişdir ki, UNESKO ilə münasibətlərin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Daha sonra nazir müasir dünyada abidələrə və tarixi irsə olan münasibətdən, mədəni irsin mühafizəsi, bununla əlaqədar respublikamızda tarixi abidələrə və mədəni irsə göstərilən dövlət qayğısından və s. ətraflı məlumat vermişdir.

Hazırda UNESKO-nun Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya İrs Siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən 1000-dən çox abidə daxildir. İndi Dünya İrs Siyahısında cəmi 1000 abidə var. Azərbaycandan iki abidə - həm İçərişəhər, həm də Qobustan qoruğu Dünya İrs Siyahısına daxildir. Ölkəmizdə bir neçə məkanın da UNESKO-nun Dünya İrs Siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulub. Hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin, Hirkan Milli Parkının, Naxçıvandakı türbələrin bu siyahıya salınması üzərində gedir. Onların idarə edilməsi, qlobal çağırış dövründə vəziyyətlərinin müzakirəsi və mühafizəsi diqqətdə olan məsələlərdir.

Tədbirdə UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler, eləcə də "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək mədəni irsin qlobal mahiyyətindən söz açmışlar. Sonra Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) baş direktoru Uebber Ndoronun forum iştirakçılarına ünvanlanmış videomüraciəti təqdim olunmuşdur. Abidə Menecerləri Forumunun iştirakçıları yeni biliklərin əldə edilməsi, işgüzar əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından forumun işinigörülmüş təşkilati məsələləri yüksək qiymətləndirmişlər.

Dünyanın ən nüfuzlu Mədəni İrs Siyahısına daxil olan məkanların rəhbərlərinin iştirak etdikləri bu mötəbər forumda Azərbaycan nümayəndələri ölkəmizdəki real vəziyyəti diqqətə çəkmiş, Bakıda, Naxçıvanda, Şəkidə, Gəncədə və s. yerlərdə görülən işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda onların təcrübəsini gələcəkdə digər ölkələrdə də tətbiq etməyin vacibliyini bildirmişlər. Azərbaycanlı mütəxəssislərin fikrincə, təcrübə mübadiləsi olduqca gərəklidir. Onlar əmindirlər ki, bu konfransdan sonra Azərbaycanda bir neçə məkanın siyahıya salınması prosesi sürətlənəcək.

Sessiya iştirakçıları istirahət günlərində İçərişəhərdə, Şirvanşahlar sarayında, Dağüstü parkda, Dənizkənarı Milli Parkda, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Tarixi Muzeyində və şəhərimizin digər görməli yerlərində olublar.

Sessiya çərçivəsində Azərbaycanda ilk dəfə respublika sənətkarlıq festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq bu tədbirdə bir sıra dövlət orqanları, özəl və qeyri-hökumət təşkilatları və sahibkarlar dəstək göstərirlər. I Respublika Sənətkarlıq Festivalının tərəfdaşları sırasında "I Love Baku” şəbəkəsi, Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyasının "Azəripək” MMC-si, Səbail Rayon İcra Hakimiyyəti, "ABAD”, Yasamal rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, Türbət Mədəniyyət Mərkəzi, "Libraffmağazalar şəbəkəsi xüsusi yer alıblar.

Beynəlxalq təcrübə nəzərə alınaraq Bakıda insanların daha rahat gəzmələri üçün festival açıq səma altında, Nizami küçəsində - Azərbaycan Akademik Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil ediləcək.

Tədbirdə Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60, bölgələrdən isə 40-a yaxın sənətkar dəvət edilib. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada konfrans keçiriləcək.

Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdirilməsi məqsədilə "master clubqurulacaqustad dərsləri təşkil ediləcək. Yeni əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün "wall art” və "street artüçün şərait yaradılacaq. Festivalın cəlbediciliyinin artırılması üçün "şəhərcik” plan-quruluşundan istifadə ediləcək. Belə ki, uyğunya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdiriləcək və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləsini formalaşdıracaq. Beləliklə, festivalı ziyarət edən şəxslər "xalçaçılar kəndi”, "dulusçular məhəlləsi”, "misgərlər qəsəbəsi” və s. ilə tanış olacaqlar.

Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival günlərində - hər gün bir saat konsert proqramı təşkil olunacaq. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına kömək göstəriləcək.

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işini uğurla davam etdirir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.-3 iyul.- S.4.