Nəcib missiya

 

Köməksizlərin himayədarı, çarəsizlərin ümidgahı...

 

Budur, orda uşaqlar

Atılırlar-düşürlər.

Bəlkə topları yoxdu? -

Qoy verim ürəyimi

qovsunlar yorulunca...

O, nəcib missiyanın davamçısıdır...

Xeyirxahlıq elçisi...

Ümidsiz qəlblərin müjdəçisi...

Körpə harayların ünü...

Haqsızlığın carçısı...

Atılmış, çarəsiz, xəstə uşaqların pənah, ünvan yeri...

Lap kiçik, hələ məktəb yaşlarından ekranlardan tanıyırdıq onu...

Babasının - Ulu Öndər Heydər Əliyevin əlindən tutaraq kimsəsizlər, autizmli, daun, əqli qüsurlu, əngəlli digər qayğıya ehtiyacı olan uşaqların şənliklərində iştirak edir, birlikdə rəqs edir, şənlənir, onların göstərdikləri səhnəciklərə tamaşa edir, nailiyyətlərini, əzmlərini heyranlıqla alqışlayırdı...

Lap kiçik yaşlarından nəcib ailəsindən genetik ötürülən xeyirxahlıq missiyasını zərif çiyinlərinə götürübdü...

Onun yeganə qayəsi bütün uşaqların xoşbəxt, gələcəyinin parlaq olması üçün çalışmaq idi...

illərdir bu müqəddəs məqsədə doğru dayanmadan irəliləyir...

İncə ruhlu, şair təbiətli, qayğıkeş, sülhsevər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan danışırıq...

 

Balacaların böyük dostu

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fondun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda xeyriyyəçilik, təhsil, səhiyyə digər məsələlərlə bağlı böyük layihələr həyata keçirirlər. Ən ümdəsi isə atılmış, kimsəsiz, qayğıya ehtiyacı olan bütün uşaqlara lazımi şərait yaradır, dəstək göstərirlər. Mübaliğəsiz demək olar ki, həmin uşaqları bu həyata bağlayan, çarəsiz valideynlərin ürəyindəki ümid qığılcımlarını sönməyə qoymayan da daim göstərilən bu diqqət qayğıdır.

Leyla xanım Əliyeva hansısa bir bayram, əlamətdar gün gözləmədən daim yardıma ehtiyacı olan körpələrin evini ziyarət edir, onların ən kiçik arzularını, istəklərini belə yerinə yetirməkdən böyük məmnunluq duyur. Bəzən şıltaq bir uşaq kimi onlarla oynayır, dizin-dizin sürünür, bəzən bu balaca bədənlərin necə böyük bir qəlbə sahib olmaları onu riqqətləndirir, bəzən ümidlə ona dikilən məsum gözlərin dərinliyinə pərdə çəkmiş kədəri görəndə qüssələnir...

 

"Leyla xanım bizə vaxt gələcək, çox darıxmışıq onun üçün...”

 

"Leyla xanım bizə vaxt gələcək, çox darıxmışıq onun üçün... Leyla xanımgilə getmirik?” - deyə bu doğmalığı hiss edən Bakının Nizami rayonundakı 1 saylı uşaq evinin balaca sakinləri ərklə soruşurlar...

İl boyu Leyla xanım psixonevroloji sosial xidmət müəssisəsini, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xüsusi internat məktəbini, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbini, uşaq evini, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını, Talassemiya, Daun Mərkəzini bu qəbildən olan onlarla digər müəssisəni ziyarət edir...

Gəlişiylə həmin ünvanlara bir dünya ümid, qəlb sevinci bəxş edir...

 

Dağ boyda ürəyin sahibi

 

Artıq bu bir adətkərdəliyə çevrildiyi üçün həmin ünvanların balaca sakinləri hər açılan qapının arxasında məhz onun, Leyla xanımın olmasını səbirsizliklə gözləyirlər...

Budur, anidən qapı açılacaq gülərüzlü Leyla xanım qollarını açıb onlara sarı gələcək, qucaqlayacaq, saçlarını tumarlayacaq, bağrına basacaq, öz doğma balası kimi...

Leyla xanım il boyu bu cür xüsusi qayğıya ehtiyacı olan, fiziki qüsurlu uşaqlara maddi mənəvi qayğı göstərir, hansısa qabiliyyətlər əldə etmələri, nailiyyət qazanmaları, xəstəliklərini ötürmələri istiqamətində bircə addım da olsa irəliləmələri üçün əlindən gələni əsirgəmir. Daim onların qonağı olur, amma bu sadəcə bir ziyarət deyil axı... Həmin ünvanlardakı könlü yaralı, xəstə, çarəsiz uşaqların ağrı-acısını paylaşmaq, bir az da olsa azaltmaq, dərdinə şərik olmaq üçün dağ boyda ürəyə sahib olmaq lazımdır...

elə bu cür ürəyə sahib olmağın nəticəsi deyilmi ki, Leyla xanım uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza - Əminəyə ürəkdən bağlanıb həmin körpəni övladlığa götürüb...

Leyla xanımın qayəsi xeyirxahlıq, insanlığın var olması naminə, əlindən gələni heç zaman əsirgəməməkdir...

o özü bu barədə deyir ki, "əgər fayda verə biləcək bir görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm”.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.-3 iyul.- S.1; 4.