Milli Məclisin nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın sessiyasında çıxış edib

 

Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin iclası davam edir. Təşkilatın sədri Georgi Seretelinin məruzəsi ətrafında çıxışlar başlanıb.

Çıxış üçün söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədrinin müavini Bahar Muradova qeyd edib ki, davamlı inkişaf sülhün, sabitliyin, firavanlığın, demokratiyanın insan haqlarının müdafiəsinin təmin edilməsi üçün zəruri şərtdir. Siyasətçi 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılmasına iqlimin müdafiəsinə yönəlmiş təxirəsalınmaz tədbirlər görməyə, habelə zorakı ekstremizmin, kütləvi miqrasiyanın münaqişələrin qarşısının alınması məqsədi ilə dialoqa şərait yaratmağa çağırıb.

"Terrorizmə, korrupsiyaya terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə təhlükəsizlik sahəsində gündəliyimizin əsas mövzusu olaraq qalır”, - deyən B.Muradova daha sonra xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə ATƏT PA-nın himayəsi altında İpək Yoluna Dəstək Qrupu Bakı Parlament Platforması yaradılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb: "Məhz milli, regional qlobal miqyaslı bu cür təşəbbüslər 2030-cu il gündəliyinin hədəflərinə nail olmaqda parlamentarilərin rolunun artırılmasına şərait yaradacaq”.

 

Azərbaycan.- 2019.-5 iyul.- S.4.