M.F.Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Mərahim Fərzəli oğlu Fərzəlibəyov "Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2019-cu il

 

Azərbaycan.- 2019.- 11 iyul.- S.2.