Azərbaycanın Norveçİsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

 

Azərbaycanın Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu-Yorkda Norveçin Beynəlxalq inkişaf naziri Daq İnqe Ulsteinİsrailin Ətraf mühitin mühafizəsi naziri, Təhlükəsizlik Şurasının üzvü Zeev Elkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, norveçli nazirlə görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb. Bununla yanaşı, dayanıqlı inkişaf üzrə təqdim edilən Azərbaycanın ikinci Könüllü Milli Hesabatının yüksək səviyyədə hazırlandığı, inklüziv inkişaf və özəl sektorun prosesə cəlb edilməsi məsələlərinin hesabatda geniş işıqlandırılmasının təqdirəlayiq olduğu qeyd edilib.

İsrailli nazirlə görüşdə Əli Əhmədov İsrail-Azərbaycan münasibətlərinin inkişaf etdiyini deyib, bu uğurlu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Zeev Elkin Azərbaycan ilə İsrail arasında daim dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində yeni əməkdaşlıqlarla daha da möhkəmlənəcəyini diqqətə çatdırıb. Nazir ölkələrimiz arasında təhsil, səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın davam etdiyini, növbəti illərdə susu resurslarının səmərəli istifadəsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduqlarını söyləyib, bununla əlaqədar ölkəmizə səfər etmək niyyətini bildirib.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində Azərbaycanın uğurlu addımlar atdığı və bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd edilib.

 

Azərbaycan.- 2019.-18 iyul.- S.2.