Azərbaycanın turizm potensialı Özbəkistanda təbliğ olunub

 

Özbəkistanın Səmərqənd şəhərində MDB- üzv dövlətlərin Turizm Şurasının növbəti iclası çərçivəsində yarmarka keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla, ümumilikdə 9 ölkə iştirak edib.

Yarmarkada Azərbaycanı Dövlət Turizm Agentliyi turizm sənayesinin nümayəndələri təmsil ediblər.

Azərbaycanın turizm imkanlarının MDB məkanında təbliği məqsədilə burada iştirak edən qonaqlara ölkə haqqında dolğun informasiya verilib, onlara çap-təbliğat materialları paylanılıb.

Yarmarka zamanı Azərbaycanın turizm şirkətləri iştirakçılarla ikitərəfli görüşlər keçirib, gələcəkdə baş tuta biləcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparıblar.

 

Azərbaycan.- 2019.- 20 iyul.- S.4.