Şahdağ Milli Parkında “Təbiətin keşiyində” adlı növbəti ekoskaut düşərgəsi təşkil edilib

 

IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şahdağ Milli Parkında "Təbiətin keşiyində” adlı növbəti ekoskaut düşərgəsi təşkil edilib.

Bu barədə AZƏRTAC-a İctimai Birlikdən bildirilib.

IDEA-nın ekoskaut proqramı çərçivəsində təşkil edilən düşərgələrin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, nəsli kəsilmək üzrə olan flora fauna barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.

Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər gənc qoşulub.

Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Şahdağ Milli Parkının ərazisində ekotur təşkil edilib. Gənclərə Şahdağ Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan landşaft növləri, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilən flora fauna haqqında, həmçinin Fransa Belçika zooparklarından Azərbaycana reintroduksiya edilmiş Qafqaz zubrları haqqında məlumat verilib.

Gənclər üçün üçgünlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə olarkən çadırların qurulması, ilkin tibbi yardım, çölçülük üçün lazımi ləvazimatlar təhlükəsiz geyimlər haqda seminar praktik təlimlər, yarışlar müsabiqələr keçirilib, həmçinin gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlarda iştirak ediblər.

Düşərgə zamanı iştirakçıların zəngin təbiəti mənzərəsi ilə seçilən Qaranohur gölünə haykinqi təşkil edilib.

Düşərgənin sonunda iştirakçılara xatirə hədiyyələri sertifikatlar təqdim edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyinin "Ekoskautlayihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə qorumağa, eləcə cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. "Ekoskautlayihəsi çərçivəsində ilk düşərgə isə ötən ilin may ayında Şirvan, daha sonra Ağgöl Göygöl Milli parklarında keçirilib.

Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından "Təbiətin keşiyindəekoskaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.

 

Azərbaycan.- 2019.- 23 iyul.- S.10.