Dinmediamövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

 

İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Milli Mətbuat Gününə həsr olunmuş "Dinmediamövzusunda konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı iyulun 23-də Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötdüyünü xatırladaraq bildirib ki, düşmən qüvvələri digər rayonlarımızda olduğu kimi, Ağdamda da bütün tarixi, dini abidələri məhv edib, 17 məscidi tamamilə dağıdıb.

Daha sonra Ağdamda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Mətbuatın yaranmainkişaf tarixinə nəzər salan komitə sədri bildirib ki, ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərib. M.Qurbanlı Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də tərəqqi edib.

Komitə sədri dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın roluna da toxunub. Bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq mühafizə orqanları ilə yanaşı, kütləvi informasiya vasitələrinin də xidməti var. Mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da təqdirəlayiqdir. M.Qurbanlı qeyd edib ki, Azərbaycan dini tolerantlıq, multikultural dəyərlərin qorunması baxımından nümunəvi ölkədir, amma təəssüf ki, bəzi qrup və dairələr xaricdə sosial şəbəkələr vasitəsilə yanlış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün qrupumuz fəaliyyət göstərir və bu cür informasiyalar yayılanda onların yanlış olması barədə ictimaiyyət məlumatlandırılır.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib. O qeyd edib ki, mətbuat hər zaman millidini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycan mətbuatı nəinki islam dininə, bütün dinlərə hörmətlə yanaşır və bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov Milli Mətbuat Günü münasibətilə Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, QMİ bu cür tədbirlərin keçirilməsində maraqlıdır, çünki qurum olaraq əsas nizamnamə vəzifələrindən biriislam dininin təbliğ olunmasıdır. Bu məsələdə KİV-in müstəsna rolunun olduğunu bildirən Simran Həsənov vaxtaşırı düzgün, əsaslandırılmış, islamın humanitar ideyalarına uyğun məlumatların cəmiyyətə ötürülməsini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edənlər dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikulturaltolerant ənənələrin qorunması və təbliği istiqamətində mətbuatın üzərinə düşən vəzifələr barədə danışıblar.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının Milli Mətbuat Günü münasibətilə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan etdikləri "Dinmediamövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. "Azərbaycan” qəzetinin əməkdaşı Elçin Cəfərov müsabiqədə birinci yeri tutub.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.-24 iyul.- S.5.