Gələcəyin etibarlı təminatı

 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir

 

Xalqımızın milli dəyərlərinə dövlətçiliyə bağlı, sağlam düşüncəli, yüksək intellektli gəncliyin formalaşdırılması, onun cəmiyyət həyatının hər bir sahəsində fəallığının artırılması respublikamızda uğurla reallaşan gənclər siyasətinin əsas məqsədləridir. Bu prinsiplər əsasında görülən işlər bir sferada gənclərin öz bilik bacarıqlarını realizə etmələrinə geniş imkanlar yaradır.

Çağdaş dövrdə gənclərlə sahəsində əldə olunan nailiyyətlər hər bir ölkənin inkişafının səviyyəsini, potensialını müəyyənləşdirən vacib meyarlardan biridir. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət qayğı ilə yanaşır. Bu baxımdan Prezident İlham Əliyevin gənclərlə sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Ötən 16 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən sizə arxalanıram” - deyən Prezident İlham Əliyev qərarları ilə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq edib. Ölkə rəhbərinin təsdiq etdiyi 2005-2009-cu illərdə həyata keçirilən dövlət proqramı gənclərə olan qayğının davamı idi. Neft gəlirlərini "insan kapitalı”na çevirmək siyasətini yürüdən Prezident İlham Əliyev bu işdə gənclərin üzərinə böyük məsuliyyət qoydu "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqlədi. 2007-ci ili ölkədə "Gənclər ilielan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına qədər böyük önəm verdiyini nümayiş etdirdi. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdəDövlət Proqramının qəbul edilməsi isə gənclərə etimad münasibətin növbəti əyani təzahürü oldu.

Bu gün gənclərin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq üçün onların hazırladıqları layihələrə xüsusi diqqətlə yanaşılır. Gənclərə öz fikirlərini daha sərbəst bildirirlər. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdəDövlət Proqramının tərkib hissəsi kimi yaradılan Gənclər Fondu tərəfindən mütəmadi olaraq qrant müsabiqələri elan olunur, gənclərin maraqlarına cavab verən, onların inkişafına xidmət edən ictimai fəallığını artıran layihələr dövlət tərəfindən dəstəklənir.

Bununla yanaşı, regionlarda "Gənclər Evi”nin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi s. gəncliyin daha həvəslə çalışmasına dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verib.

Hazırda 2017-2021-ci illəri əhatə edən üçüncü proqram icra olunur. Proqramın məqsədi gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib. Strategiyada göstərilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub.

Strategiyanın məqsədi 2015-2025-ci illər ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Bunun üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yeni strategiya növbəti illərdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini icra mexanizmlərini müəyyən edir. Bütün bunların yerinə yetirilməsi isə indiyədək qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsini davamlı inkişafını təmin edəcək. Bu mənada "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasıdövlət gənclər siyasətində yeni mərhələnin başlanmasından xəbər verir.

Bu il fevralın 1-də Bakı Konqres Mərkəzində keçirilən Gənclər Gününə həsr olunmuş respublika toplantısı bir həqiqətin - Azərbaycanda həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin növbəti təsdiqi oldu. Cənab Prezident tədbir boyu gənclərlə bir yerdə oldu, nitq söylərək onlara tövsiyələrini verdi. Dövlət başçısı həm gəncləri dinlədi. Azərbaycan gənclərinin müstəqillik dövründə yaşadıqlarını, ölkəmizin ümumi inkişafına böyük töhfə verdiklərini vurğulayan Prezident İlham Əliyev dedi: "Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər”.

Həmin toplantıda İlham Əliyev gənclərə inandığını bəyan etdi, onlara uğurlar arzuladı. Bəli bu, Prezidentin gənclərə göstərdiyi böyük etimaddır. İndiyədək respublikamızda gənclərlə sahəsində həyata keçirilən mükəmməl dövlət siyasəti gəncliyin inkişafına böyük təkan verib, onun cəmiyyətdə özünü təsdiq etməsində böyük rol oynayıb. Gənclərimiz beynəlxalq miqyasda cərəyan edən ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə həm dünyaya inteqrasiya olunub, həm ölkəmizi tanıdıb. Azərbaycan gəncləri bundan sonra da dövlət siyasətindən yararlanacaq, layiqli vətəndaşlar kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərəcək bununla da onlara bəslənən etimadı hər sahədə doğruldacaqlar.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2019.- 27 iyul.- S.1; 3.