Körpə fidanların rəngli dünyası

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

İri şüşə qapını açıb foyeyə daxil olan kimi himnimizin sədalarını eşidirik. Möhtəşəm musiqi üçmərtəbəli binanın hər yerinə yayılıb. Amma bu ifa tamam başqadır, bir ayrı gözəldir, bir ayrı şirindir. Axı onu balacalar - bağça uşaqları oxuyur. Səsdən tutub ifanın izi ilə birbaşa zala qalxırıq. Və möhtəşəm mənzərə ilə qarşılaşırıq - bir əllərində Azərbaycan bayrağı, o biri əlləri ürəklərinin üzərində olan gələcəklərimiz himnimizi oxuyub bitirirlər. Özüdüzgün ritmlə, heç bir sözü səhv tələffüz etmədən, çaşmadan:

 

- ... Şanlı vətən, şanlı vətən,

Azərbaycan! Azərbaycan!

 

"Kim özünü pis aparsa, onu tutacam

 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bakının Səbail rayonunun Bayıl yaşayış sahəsində yerləşən 157 nömrəli uşaq bağçasındayıq. Bağçadakı qrupları bir-bir gəzirik. Gülərüz, bal kimi şirin balalarla söhbətləşirik, onları izləyirik. Uşaqların saf dünyasını böyüklərin gözü ilə seyr edirik. Bu dünyada nələr yoxdu ki?! Hərəsi bir nağıl dünyası qurub öz aləmində. Balaca Uğur peşəkar sürücüdür - maşınını dolanbaclardan keçirərək, qəza törətmədən sürür. Fatma həkim şirin panda kuklasını müayinə edir. Aysel qızını - sevimli gəlinciyini yatızdırmağa çalışır. Turalın başı rənglər dünyasında rəsm çəkməyə qarışıb...

Məktəbəhazırlıq qrupunun uşaqları isə 28 May Respublika Gününə həsr olunmuş bayrama buraxılış tədbirinə hazırlaşırlar. Sinif otağındakı məşğələ bitəndən sonra musiqi zalına gedirlər. Hazırladıqları səhnəciklərin, mahnıların, rəqslərin məşqini edirlər. O qədər həvəsli sevinclidirlər ki... Axı bağçada son günlərini keçirirlər. Bir neçə aydan sonra elə özləri boyda olan çantalarını çiyinlərinə asıb, məktəbə gedəcəklər. Əksəriyyəti indidən gələcək peşəsini seçib. Turxan böyüyəndə polis olmaq istəyir - "kim özünü pis aparsa, onu tutacam”. Nadir həkim olacaq - "xəstələrin hamısını sağaldacam”. Məryəm isə ", yekə gəlinlik paltarı geyinib, başına fata qoyub, "gəlin olacamdeyir... Bu körpə fidanları öz təmiz nağıl dünyaları ilə baş-başa buraxıb, müəllimləri ilə söhbətləşirik.

 

Zəmanə uşaqları

 

Məktəbəhazırlıq qrupunun müəllimi Günel Rəsulzadə artıq 9 ildir burada çalışır. Özünəməxsus təlim metodu var: "Fərdi kollektiv işlərdə uşaqlara sərbəstlik verməyə çalışıram. Onları nəyəsə məcbur etmirəm. Hətta məşğələni çox vaxt onların istəklərinə uyğun seçirik. Gündə 2-3 dəfə sinif məşğələsi keçirik. Uşaqlar ətraf aləm haqqında ümumi anlayışları bilirlər. Hərfləri, rəqəmləri çap şəklində öyrədirik. Keçdiyimiz dərsləri internet, televizor vasitəsilə uşaqlara əyani şəkildə öyrətməyə üstünlük veririk. Çünki onda həmin bilgini daha yaxşı qavrayırlar məktəbə 70 faiz hazır gedirlər. Həftədə 2 dəfə isə musiqi məşğələsi olur. Musiqi müəlliminin rəhbərliyi altında müxtəlif musiqilər, rəqs nümunələri, səhnəciklər hazırlayırıq. Uşaqlar günorta yuxudan durandan sonra stolüstü, didaktik oyunlar, kompüter oyunları oynayırıq. Havalar isti olanda isə həyətdə müxtəlif oyunlarla fəaliyyətimizi davam etdiririk. Müşahidələrimə əsasən deyə bilərəm ki, uşaqların intellekti ilbəil artır. Müasir dövrə uyğun olaraq internetə, kompüterə maraq çoxdur. Amma bununla belə, xarici dili qavramaları yüksəkdir. 5 il əvvəlki uşaqlarla indikilər arasında fərq çoxdur. Uşaqların ingilis dili bilgisi çox təkmilləşib. İngilis dilində olan bir mahnını iki dəfə oxuyuram, vəssalam, o saat öyrənirlər. Dünya haqqında anlayışları çoxdur. Sətiraltı zarafatı tuturlar, yumor hissləri gözəl inkişaf edib. Bu da çox yaxşı haldır”.

Nahidə Əmirova 10 ilə yaxındır bağçada musiqi müəllimidir. Deyir ki, uşaqlarla işləmək çox maraqlı, zövqlü və məsuliyyətlidir: "Uşaqları çox sevdiyim üçün bağçada işləməyi seçmişəm. Bu gül balaları sevməmək, əzizləməmək, öyrətməmək olar?! Onlar mələkdirlər. Hamısını öz balam kimi çox istəyirəm. Onlar da məni çox istəyirlər. Özüçox ağıllıdırlar. Bilirsiniz, müasir uşaqların marağını cəlb etmək çətindir. Ona görə bəstəkar mahnıları ilə yanaşı müasir mahnıları da araşdırıb tapıram, rəqslər qururam ki, xoşlarına gəlsin. İndiki uşaqların dünyagörüşüdaha genişdir. Hansı mahnını dinlədirəmsə, deyirlər, biz bu mahnını bilirik, internetdən eşitmişik. Tez də qavrayırlar. Məntiqləri yaxşı inkişaf edib”.

 

"Bağçadakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb”

 

157 nömrəli uşaq bağçasının direktoru Banuçiçək Əzizova bağça barədə ümumi məlumat verir. Onun sözlərinə görə, uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunduğu üçün əsaslı təmirə ehtiyacı var idi. Odur ki, Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində bina sökülərək, yerində üçmərtəbəli müasir bina tikilib. 2018-ci il martın 6-da isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu təhsil müəssisəsinin açılış mərasimində iştirak edib: "Mən ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya uşaqlara göstərdiyi qayğıya, diqqətə görə minnətdaram. Onların sayəsində belə gözəl, rahat şəraitdə işləyirik. Uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb, bütün işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib. Binanın giriş hissəsi, foye, qrup otaqları və zallar burada tərbiyə alan azyaşlılara uyğun xüsusi dizaynla işlənib. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib”.

Direktor söyləyir ki, ümumi sahəsi təxminən 2 min kvadratmetrə yaxın olan bağçanın binasında 100 uşaq tərbiyə alır. Burada fəaliyyət göstərən 5 qrupun hər biri üçün geniş oyunyataq otaqları, musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Binada müşahidə kameraları, yanğındanmühafizə sistemi quraşdırılıb. Bir sözlə, bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayır: "Binanın bünövrəsi nə qədər vacibdirsə, uşaqların da "özülünün möhkəm olması o dərəcədə əhəmiyyətlidir. Uşaqların özülü isə bağçada qoyulur. Hər şeyi bağçada öyrənməyə başlayırlar. Etika, estetika məhz buradan gəlir. Ona görə də biz bütün etik qaydaları, süfrə mədəniyyətini belə balacalara öyrədirik. Uşaqların qidalanmasına xüsusi önəm veririk. Kənardan bağçaya hansısa qidanın gətirilməsi qəti qadağandır. Ziyanlı qidalardan qaçırıq. Meyvə-tərəvəz, ət və süd məhsullarına və qızartma deyil, sobada bişmiş yeməklərə üstünlük veririk. Ən vacibi odur ki, qida təzə-təzə hazırlanıb, qruplara paylanılır. Yeməklər arası tərəvəzlər, meyvə şirəsi, mövsümi meyvələrdən kompot bişirilib verilir. Əlbəttə, tərbiyə ilə bərabər təlim də çox əhəmiyyətlidir. Çalışdığımız qədər uşaqları məktəbə yaxşı hazırlayırıq. Bizdə məşğələ oyun şəklində keçir. Uşaqlara maraqlı olsun deyə buna daha çox üstünlük verirəm ki, balacalar şən əhvali-ruhiyyə ilə məşğələ keçsinlər. Həm əylənsinlər, həm də öyrənsinlər. Bundan başqa, uşaqların musiqi zövqünün formalaşdırılmasına önəm veririk. Hər biri himnimizi əzbər biliroxuyur. Onların vətənpərvərlik ruhunda böyümələrinə daha çox diqqət yetiririk. Arzum da odur ki, uşaqların hamısı vətənimizə, dövlətimizə layiq övlad kimi böyüsün”.

Onlar hələ körpə fidandırlar, tər qönçədirlər. Suyunu, gübrəsini vaxtında və qədərində versək, lazımi qulluğu edib qayğısına qalsaq, düzgün yetişdirsək, böyüyüb arzuladığımız çiçək olacaqlar. Bunun üçünsə peşəkar və işini sevən bağbanlar gərəkdir. Elə bu bağçadakılar kimi. Əkdiyiniz ağacların gül-çiçəyinin solmaması diləyi ilə...

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.- 1 iyun.- S.7.