Heydər Əliyev Mərkəzinin parkındaİnnoFest Village” təşkil edilib

 

İyunun 1-də “İnnovasiya Festivalıçərçivəsində Heydər Əliyev Mərkəzinin parkındaİnnoFest Village” təşkil olunub.

Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Gənclər İdman naziri Azad Rəhimov, Heydər Əliyev Mərkəzinin direktoru Anar ƏləkbərovİnnoFest Village”də İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, VR oyunlar, dronlarla, robotlarla imkanı yaradan təlimlərin keçirildiyi, əyləncə zonası ilə təchiz edilmişRoboparkpavilyonunda olublar.

Bir neçə zonadan ibarət olan pavilyonda “Mars Academy” tərəfindən gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumatlar təqdim edilir. Proqramın hədəfi peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqda, eləcə düzgün seçim etməkdə kömək olmaqdır.

Bundan başqa, “Azercellşirkətinə məxsus əyləncə zonasında interaktiv oyunlar, şirkətin göstərdiyi xidmətlərlə yanaşı, internet təhlükəsizliyi ilə bağlı məlumatlar təqdim olunur.

Həmçinin Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərənAzərmarka” MMC tərəfindən keçirilən 1 iyunUşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşGələcəkmövzusunda rəsm müsabiqəsinin qalibləri İnnoFest Village”də elan edilib.

Birinci yerin qalibi 12 yaşlı Paşayev Əlcamal 300, ikinci yerin sahibi 12 yaşlı Aşımlı Əli 10 yaşlı Əbdurrəhimli Ziya 200, üçüncü yeri tutan 10 yaşlı Əliyeva Aylin isə 100 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılıb.

Qalibləri təbrik edən Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, onların rəsmlərindən poçt markaları hazırlanaraq dövriyyəyə buraxılacaq.

İnnoFest Village” çərçivəsində, həmçinin “Baku Open Cyber Cup” kiber idman turniri təşkil edilib.

Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdəplaystationplatformasında iki oyun növü “PES 2019” üzrə yarışlar olub. Turnirdə 15 yaşdan yuxarı şəxslər iştirak ediblər. Hər bir oyun növü üzrə seçilmiş 64 iştirakçı gücünü sınayıb. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdirilib. Yarışın qalibləri pul mükafatı ilə təltif olunub.

İnnoFest Village” öz işini sabah da davam etdirəcək.

 

Azərbaycan.- 2019.- 2 iyun.- S.6.