Azərbaycan Respublikası Prezidentinin Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında dəyişiklik edilməsi və Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sahibkarlıq fəaliyyəti haqqında "Çayçılıq haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1388-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, 2, maddə 180) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə "hissəsində sözündən sonra " 9-cu maddəsinin 3-cü hissəsində sözləri əlavə edilsin;

1.2. 2.5-ci bənddə " 3-cü hissələrində sözləri "hissəsində sözü ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində "orqan (qurum) dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu nəzərdə tutulur;.

2. "Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, 12 (II kitab), maddə 718; 2014, 5, maddə 477; 2016, 8, maddə 1384) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2019-cu il

 

Azərbaycan.- 2019.- 20 iyun.- S.6.