50 ölkə, 15 idman növü, 4 mindən çox atlet

 

Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunları başlayır

 

Bu gün Belarus Avropanın ən böyük idman tədbirini qəbul edir. Minsk şəhərində sayca 2-ci Avropa Oyunlarının başlamasına saatlar qalır. İyunun 30-dək davam edəcək qitə olimpiadasında 50 ölkəni təmsil edən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. İdmanın 8 növü üzrə yarışlar isə 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Bokscüdo turnirləri Avropa çempionatları dərəcəsində keçiriləcək.

II Avropa Oyunlarının ev sahibi müəyyən edilərkən bir neçə ölkənin adı çəkilmişdi. Avropa Olimpiya Komitəsi (EOC) 2019-cu il Avropa Oyunlarının keçiriləcəyi yerin seçilməsi prosesini əlaqələndirən işçi qrupu yaratmışdı. Əvvəlcə Niderland, Rusiya, Türkiyə, Polşa və digər ölkələr oyunlara evsahibliyi etmək istədiyini bildirmişdi.

2016-cı il oktyabrın 21-də EOC-un Belarusun paytaxtında keçirilmiş Baş Assambleyasının XXXXV iclasında II Avropa Oyunlarının keçiriləcəyi dəqiq yer kimi Minsk seçilmişdir.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunmuşdur. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəlmişdilər. İlk oyunların standartlarını Azərbaycan müəyyənləşdirdi və Avropa idmanında yeni tarix yazdı.

Qitəni bir araya gətirən idmandostluq bayramından sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu dünyada daha da artdı. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha bəyan etdi ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar.

Təkcə qitə miqyasında deyil, dünyada 2015-ci ilin ən böyük idman hadisəsindən sonra əsrlər keçəcək, növbəti Avropa Oyunlarının təşkil olunacağı bütün ölkələrdə Bakının adı xatırlanacaq.

O da məlumdur ki, indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi. Nümunəvi və qüsursuz təşkilatçılığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə dünyanın əsas idman hadisəsinə çevrilmişdi.

17 gün ərzində 20 idman və 30 yarış növü üzrə 253 dəst medal uğrunda təşkil olunan yarışların keçirildiyi arenalarda idmançıların qarşılanması və yerləşdirilməsinədək bütün məsələlər yüksək səviyyədə həll olunmuşdu. Bir-birindən möhtəşəm yarışlara evsahibliyi edən 18 arena maraqlı idman mübarizələrinin şahidi olmuşdu.

Azərbaycan dövlətinin idmana və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin qələbələri ilə Avropa Oyunlarında növbəti dəfə özünü doğrultmuşdu. Belə ki, Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq, 50 ölkə arasında 2-ci yeri tutaraq növbəti dəfə güclü olduğunu göstərmişdi.

Azərbaycan öz növbəsində tarixin səhifələrində I Avropa Oyunları kimi mötəbər idman tədbirini bütün əvvəlki dünyaAvropa çempionatlarından, olimpiya təsnifat turnirlərindən də yüksək səviyyədə, hamının alqışına layiq bir şəkildə keçirməklə bütün dünyaya sübut etdi ki, ən mühüm yarışların təşkilatçısı olmağa layiqdir.

II Avropa Oyunlarına gəlincə, bu idman tədbiri çərçivəsində keçiriləcək yarışları 650 beynəlxalq hakim və 410 yerli arbitr idarə edəcək. Belarus paytaxtına xarici media orqanlarının mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidentibaş katibi, Avropa ölkələrinin idman nazirləri, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa ölkələrinin milli olimpiya komitələrinin prezidentləri və baş katibləri, EOC-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, baş nazirləri və yüksək vəzifəli nümayəndələri gələcəklər. Oyunlarda 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

Yarışlar Minskin ən böyük idman obyektlərində, o cümlədən "Dinamo”, "Minsk-arena”, "Çijovka-arena” stadionlarında keçiriləcək.

Minskdə ölkəmizin idman şərəfini 82 atlet qoruyacaq. Azərbaycan yığma komandasının II Avropa Oyunlarında yüksək nəticə əldə etmək imkanı kifayət qədər yüksəkdir. İdmançılarımızın təxminən yarısı medallara iddialıdır. Xüsusilə güləşçilərə, cüdoçulara, boksçulara ümid böyükdür. Həmçinin taekvondo, gimnastika və avarçəkmə növlərində çıxış edən idmançılarımızdan da medallar gözləyirik. Uğur olsun!

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2019.- 21 iyun.- S.1; 11.