Əsl vətəndaş, təəssübkeş ziyalı

 

Elm xadimləri

 

Elə insanlar var ki, zaman keçdikcə, daha yüksək mərtəbələrə qalxdıqca həyatını, insanlara münasibətini dəyişir. Elələri də var ki, nə qədər yüksəklərə ucalsalar belə, öz sadəliyini, təvazökarlığını, ülviliyini daim qoruyub saxlayır. Məhz haqqında söhbət açdığımız tanınmış alim, ziyalı, vətəndaş Cəbi Bəhramov belələrindəndir. Sadə və şərəfli həyat yolu keçən Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da indiki Ermənistanın Zəngəzur mahalının Qafan şəhərində anadan olmuşdur. Ailəsi 1961-ci ildə Mehri rayonunun Aldərə kəndinə köçmüşdür. Orta təhsilini 1966-1970-ci illərdə Zəngəzur mahalının Mehri rayonunun Aldərə kəndində, 1976-1977-ci illərdə orta texniki təhsilini Sumqayıt şəhərində, ali təhsilini isə 1977-1982-ci illərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Daşkənd Dövlət Universitetinin Tarix fakültəsində almışdır. 1982-ci ildə Azərbaycan SSR AliOrta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə Azərbaycan SSR Elmlər Akademiyasının (indi Azərbaycan Milli Elmlər Akademiyası) A.A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilmişdir. 1982-1987-ci illərdə o, baş laborant, 1998-2000-ci illərdə kiçik elmi işçi, 2000-2001-ci illərdə baş elmi işçi vəzifələrində çalışmışdır. 2001-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir. 2003-2010-cu illərdə və 2016-cı ildən ictimai əsaslarla institutun "Azərbaycan Respublikasının tarixi” şöbəsinə rəhbərlik edir. 1999-cu ildə "Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişaf tarixi (1949-1980-ci illər)” adlı dissertasiya mövzusunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə dosent elmi adını alıb.

Cəbi Bəhramov işləyə-işləyə, öyrənə-öyrənə inkişaf edən bir şəxs olduğundan ona tapşırılan işin öhdəsindən həmişə layiqincə gəlir. Dərin təfəkkürə malik professor Cəbi Bəhramov 2003-cü ildən bu günədək AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsinin Tarix üzrə Problem Şurasının üzvüdür. Tanınmış alim C.Bəhramov 2003-2018-ci illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərmiş D.161.01 Dissertasiya Şurasının elmi katibi vəzifəsini yerinə yetirmişbu müddət ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Şimali Kipr Cümhuriyyəti vətəndaşlarının da tarix üzrə fəlsəfə doktorutarix üzrə elmlər doktoru elmi dərəcələri almaq üçün dissertasiyaların müdafiə olunması işinə böyük əmək sərf etmişdir.

Vətənpərvər ziyalı olan Cəbi Bəhramovun tədqiqatlarında erməni millətçilərinin Azərbaycan neft sənayesinə iqtisadi zərbə vurmaq cəhdləri arxiv sənədləri əsasında araşdırılıb ifşa olunur. O, Azərbaycan neft sənayesi tarixi problemləri ilə yanaşı Azərbaycan-Ermənistan münasibətləri, erməni terrorizmi, Rusiyanın Qafqazı işğal siyasətində erməni amili məsələlərinin tədqiqi ilə də məşğul olur. Cəbi müəllim 2003-cü ildə AMEA Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə rusingilis dillərində çap olunmuş "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” kitabının müəlliflərindəndir.

Alim yaşadığı və çalışdığı dövrün ictimai-siyasi proseslərindən kənarda qalmayan bir şəxsiyyətdir. O, xalqının azadlığı, müstəqilliyi uğrunda XX əsrin 80-ci illərinin sonlarında başlanan milli-azadlıq hərəkatında öndə dayanmış, ictimai-siyasi proseslərdə yaxından iştirak etmişdir. 1988-ci ildə Ermənistan dövlətinin azərbaycanlıların doğma yurdlarından, tarixi etnik torpaqlarından deportasiyası bir ziyalı kimi Cəbi müəllimi mübarizə və siyasət meydanına atmışdır. El-obaya bağlı bir insan kimi tarixi etnik torpaqlarından deportasiya edilmiş soydaşlarımızın haqq səsinin dünyaya çatdırılmasında, erməni şovinizminin üzünün açılmasında onun müstəsna xidmətləri olmuşdur. O, Qərbi Azərbaycanın tarixi coğrafiyasının, etnik mədəniyyətinin, əxlaqi-mənəvi dəyərlərinin bilavasitə Azərbaycan türkləri ilə bağlı olduğunu qədim qaynaqlarla, elmi mənbələrlə üzə çıxarmış, düşmənlərimizin məkrli və mənfur siyasətinin mahiyyətini açıb göstərmişdir. Yuxarıda adı gedən problemlərlə bağlı əsərlərin nəşrində və yayılmasında Cəbi Bəhramovun xidmətləri danılmazdır və deyərdim ki, alqışa layiqdir.

Cəbi Bəhramov 2003-cü ildə nəşri başa çatdırılmış çoxcildli "Azərbaycan tarixinin VII cildinin müəlliflərindən birionun məsul katibidir. Bundan əlavə, o, "Aztelefilm” studiyasının çəkdiyi "Odlu məmləkət” (1998), Lider TV-nin çəkdiyi "Dəmir atlı cəngavər” (2003), İTV-nin çəkdiyi "Fətəli xan Xoyski” (2005), "SpaceTV-nin çəkdiyi "Azərbaycan neftinin tarixi” (rejissor Vaqif Mustafayev, 2010, 4 seriyalı) adlı, "İki sahil” TV və CBSTV kanalının çəkdikləri veriliş və sənədli filmlərin hazırlanmasında bilavasitə iştirak edib.

İnsanları sevib, onların bütün qayğılarına həssaslıqla yanaşmaq, ehtiyaclarına kömək etmək, yardım göstərmək Cəbi Bəhramovun əxlaq normalarına çevrilmişdir. Ciddiolduqca mükəmməl əsərlərin müəllifi olan Cəbi müəllim 2005-ci ildə Rusiya Böyük Ensiklopediyasının çapdan çıxmış xüsusi cildinə daxil edilmiş "Azərbaycan: tarixi oçerk” adlı mətnin həmmüəlliflərindən biridir. 2006-cı ilin əvvəlində Azərbaycanın görkəmli alimləri tərəfindən hazırlanaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ön sözü ilə nəşr edilən Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildinin ilk variantına daxil edilən "Tarix” bölməsinin "Azərbaycan 1941-2005-ci illərdə” və o cümlədən "Heydər Əliyev Fondu” adlı mətnlərin müəllifi Cəbi Bəhramovdur. O, 2014-cü ildə "Azərbaycan neftinin tarixi: Ən qədim zamanlardan bugünədək” adlı monoqrafiyanı başa çatdırmış və nəşrə təqdim etmişdir. Cəbi müəllim "Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı, neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (XX əsrin II yarısı - XXI əsrin əvvəllərində)” mövzusunda tarix üzrə elmlər doktoru dərəcəsini almaq üçün yazdığı dissertasiya işini başa çatdırmışdır. "Qubadlı. Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” (B., 2013); "Zəngəzur tarixi” (B., 2012) adlı fundamental əsərlərin ərsəyə gəlməsində C.Bəhramovun da böyük zəhməti olmuş və həmin kitabların həmmüəllifidir.

Cəbi Bəhramovun müəllifi və baş redaktoru olduğu "Azərbaycan Respublikasının sərhəd mühafizə xidmətinin yaranması və inkişafı tarixi”, "Nobellər və Bakı nefti”, "Azərbaycan nefti” kitabları Azərbaycan və ingilis dillərində 2009-2010-cu illərdə nəşr olunmuşdur. Bütün bu görülən işlərin davamı olaraq alim 2013-cü ildə Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş "Heydər Əliyev” adlı ikicildlik monoqrafiyanın və ikicildlik "Heydər Əliyev: Azərbaycan elminin keşiyində” adlı sənədlər toplusunun müəllifi olmuşdur. O, "Azərbaycan Milli Atlası”nın "Tarix” bölməsinin və Azərbaycan tarixinə dair xəritələrin tərtibində və mətnin yazılmasında iştirak etmişdir. Ümumilikdə isə Cəbi müəllim 80-dən çox elmi əsərin müəllifi və həmmüəllifidir. Onun əsərləri türk, ingilis, rusispan dillərində, Argentina, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna və digər xarici ölkələrdə nəşr olunmuşdur.

Öz xalqının problemlərinə dərindən bələd olan, onların həlli üçün imkanları daxilində əzmlə çalışan Cəbi Bəhramov 2007-2019-cu illərdə AvropaAsiya ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda, sessiyasimpoziumlarda aktual mövzularda çıxışlar etmişdir.

Professor Cəbi Bəhramov təkcə mükəmməl, əhəmiyyətli elm sahibi olmaqla nüfuz qazanmayıb, o, həm də faydalı əməlləri, saf əxlaqı, vətənpərvərliyi və xeyirxahlığı ilə sınaqlardan keçib, hörmət qazanıb. Geniş siyasi biliklərə və zəngin təcrübəyə malik Cəbi müəllim 1990-2018-ci illərdə pedaqoji fəaliyyətlə də məşğul olub. O, Qərb Universitetində Politologiya və beynəlxalq münasibətlər kafedrasının müdiri, professoru olmaqla həmin ali məktəbin bakalavrmagistr bölmələrində "Azərbaycan tarixi və beynəlxalq münasibətlər tarixi” fənlərindən dərs deyir. 2009-cu ildə Qərbi Kaspi Universitetinin Elmi Şurasının qərarı ilə Cəbi Bəhramova fəxri professor elmi adı verilmişdir.

Bir şəxsiyyət, ziyalı və alim olaraq Cəbi Bəhramov AMEA Tarix İnstitutunda doktoranturadissertantura yolu ilə yüksəkixtisaslı kadrların hazırlanması işinə də öz töhfəsini verir. Onun rəhbərliyi altında 5 nəfər tarix üzrə fəlsəfə doktoru hazırlanmışdır. Onu da qeyd edək ki, hörmətli alim 2003-2018-ci illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərmiş D.01.161 Dissertasiya Şurasının elmi katibi vəzifəsini yerinə yetirmişbu müddət ərzində 400-ə yaxın şəxs tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru elmi dərəcələri almışdır.

Xeyr-şərdə həmişə fəal iştirak edən, insanların arasında olub, sevincinə sevinib, kədərini öz dərdi bilən, həmsöhbət olmaq, dinləmək bacarığına malik olan Cəbi müəllimi xalqına sevdirən elə məhz budur. Sadə insanlar, inkişaf, tərəqqi, mədəniyyət - bir sözlə, dəyərli nə varsa, qəlbi və düşüncəsi böyük olan Cəbi müəllimin marağındadır. O, yaşadığı məkanın, zamanın və müqəddəs insanların arasında böyük uğurlar əldə etmişdir. Bu, təsadüfi deyil. Doğulduğu, boya-başa çatdığı coğrafi mühit, əhatəsində yaşadığı dünyagörmüş böyükləri və müdrik siyasətçilərlə bir yerdə fəaliyyəti onda bu yüksək hissləri, əqidəni formalaşdırmışdır.

Bütövlükdə Cəbi Bəhramovun ziyalı, alim, tarixçi kimi fəaliyyəti, zəngin araşdırmaları, tədqiqatları, çapdan çıxmış əsərləri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Onun sağlam ziyalı mövqeyi hər yerdə özünü göstərir. Azərbaycan elminin inkişafı naminə səmərəli fəaliyyətində qazandığı hər bir uğuru, elmi-təşkilati bacarığı tükənməz enerjisindən xəbər verir.

Aktual fikirləri, cəsarətli təşəbbüsləri, qətiyyətli və ədalətli mövqeyi ilə tanınan Cəbi Bəhramov xalqına möhkəm bağlı tarixçi alimdir.

 

Nazim MƏMMƏDOV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu,

tarix üzrə elmlər doktoru, baş elmi işçi

 

Azərbaycan.- 2019.- 29 iyun.- S.7.