Zaqatala Beynəlxalq Hava Limanında qarşılanma

 

Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana  rəsmi səfəri

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.

Gürcüstan Prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra ali qonaqonu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

 

Azərbaycan.- 2019.- 1 mart.- S. 5.