O, xalq düşməni ola bilməzdi

 

Hənəfi Zeynallı ədəbiyyatşünas, alim, folklorçu, tənqidçi, müəllim, naşir idi. Çox qısa zamanda həmin fəaliyyət sahələrinin hər birində özünü doğrultmuşdu. Bəs nədə günahlandırılırdı H.Zeynallı? Elə işlərdə və hərəkətlərdə ki, onların heç biri alimin fəaliyyətinə yaxın belə gəlmirdi.

1937-ci ilin repressiya qurbanlarının bütün istintaq materiallarında ilkin ifadələr təzyiqsiz alındığı üçün verilən izahatlar səmimi və riyasız olurdu. Lakin ifadələr "ÇK”nı qane etməyəndə işgəncələrlə dolu cəza maşını işə düşürdü. Görünməyən vəhşiliklər törədən cəza maşınının qarşısında isə çox az adam tab gətirirdi. Verilən işgəncələrə dözməyən H.Zeynallı da nəhayət saxta və yalançı süjetlər əsasında hazırlanmış ən ağır ifadələri belə imzalayır və günahkar olduğunu etiraf edir. 1937-ci il oktyabrın 12-də saat 16:25-də başlayan məhkəmə iclası saat 16:40-da sona çatır. Onun məhkəməsi cəmi 15 dəqiqə çəkir. Ən yüksək cəzaya - güllələnməyə məhkum edilir.

 

Hazırladı:

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2019.- 10 mart.- S.7.