Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır

 

Bunun bir səbəbi də ölkədə xarici investisiyaların tam qorunmasıdır

 

Azərbaycan xarici şirkətlərlə birgə həyata keçirdiyi qlobal neft-qaz layihələri çərçivəsində mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı yaradıb. Getdikcə genişlənən və indi artıq iqtisadiyyatın digər sahələrini də əhatə edən bu əməkdaşlığın təməli 25 il əvvəl Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng neft ehtiyatlarının istismarı ilə bağlı sazişin - "Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub.

"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi layihəsinin həyata keçirilməyə başlanması, əslində, Xəzər dənizinin xarici sərmayələr üçün açılması, Azərbaycan üçün isə transformasiyainkişaf istiqamətində atılmış ilk vacib addım idi. "Cənub qaz dəhlizi” Məşvərət Şurasının cari ilin fevral ayında Bakıda keçirilən beşinci toplantısında Prezident İlham Əliyev bu barədə demişdir: "Cənub qaz dəhlizi” ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng "Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi”.

"Əsrin müqaviləsi” sayəsində Azərbaycan hərtərəfli və böyük inkişafa nail oldu. Layihənin uğurlu icrası və AÇG yataqlarındakı potensial 2017-ci ildə "Yeni əsrin müqaviləsi”nin imzalanmasına imkan verdi.

Belə ki, AÇG üzrə sazişin müddəti əsrin ortalarına - 2049-cu ilin sonunadək uzadıldı və bu zaman layihənin tərəfdaşları eyni olaraq qaldı. Bu da Azərbaycanın yaratdığı mükəmməl tərəfdaşlıq formatının daha bir mühüm nümunəsidir.

AÇG-dən sonra Azərbaycan beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi möhtəşəm kəmərlər inşa etdi. "Şahdəniz” qaz-kondensat yatağı işlənməyə başladı. Prezident İlham Əliyev beynəlxalq əməkdaşlıqdan bəhs edərkən diqqəti Azərbaycan enerji siyasətinin tarixinə yönəldərək demişdir: "Bu regionaldaha sonra beynəlxalq əməkdaşlığın yaranmasında iki mühüm mərhələ oldu. Regional əməkdaşlığa gəldikdə, bu regionda üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə uzun illərdir ki, uğurla əməkdaşlıq edirbu üç ölkə dəhlizlər yaratmağa müvəffəq olmuşdur. Bu, ən vacib olan məsələ idi. Xəzər dənizini Qara dənizlə bağlayan neft kəmərləri mövcud deyildi. Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir”.

Məhz bu kəmərlər Azərbaycanın daha qlobal bir layihənin - "Cənub qaz dəhlizi”nin təşəbbüskarı və lideri olmasına zəmin yaratdı. Hazırda bu layihədə 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya iştirak edirlər. Azərbaycan BosniyaHerseqovina, XorvatiyaMonteneqro ilə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

Ölkəmizin yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı Bakıdan, Xəzərin sahilindən başlayaraq neçə-neçə ölkənin ərazisindən və Adriatik dənizinin altından keçib İtaliya torpağına çıxan 3500 kilometrlik dəhlizin çəkilişinin müvəffəqiyyətlə sona yaxınlaşmasına imkan verib. Başqa sözlə, "Cənub qaz dəhlizi”nin üç seqmenti istifadəyə verilib və artıq fəaliyyətdədir. "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi işə düşüb. Qazı Azərbaycanın və Gürcüstanın ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəməri genişləndirilib. Türkiyədə 1900 kilometr məsafə boyu uzanan və "Cənub qaz dəhlizi”nin "onurğa sütunu” adlandırılan TANAP (Transanadolu Qaz Boru Kəməri) vasitəsilə indiyədək 1 milyard kubmetr mavi yanacaq nəql olunub.

Gələn il TAP (Transadriatik Qaz Boru Kəməri) Azərbaycan qazını TANAP-dan qəbul edərək Avropaya çatdıracaq. Hazırda TAP-ın çəkilişi də davam edir və kəmərin tikintisində işlərin 87 faizdən çoxu tamamlanıb.

Uğurlu enerji layihələri Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıtdı. İndi hamı çox yaxşı bilir ki, Azərbaycan xarici investisiyaları 100 faiz qoruyan ölkədir. Bu sahədə bağlanan bütün müqavilələr Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunurbundan sonra qüvvəyə minir. İnvestorlar həmin müqavilələrdə bir sözün belə dəyişdirilməyəcəyinə əmindirlər. Odur ki, indiyədək Azərbaycana yatırılmış 250 milyard dollarlıq ümumi investisiyanın yarısı xarici sərmayələrdir. Deməli, ölkəmiz yaxşı biznes mühiti yaratmağa nail olubbu baxımdan dünyada ön yerlərdən birini tutur.

Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, "Cənub qaz dəhlizi” Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger də Azərbaycanın etibarlı tərəfdaş olduğunu və əməkdaşlıq əlaqələrini təkcə enerji sektorunda deyil, digər sahələrdə də genişləndirdiyini qeyd edib.

Bu əməkdaşlıq və tərəfdaşlıq hamıya - həm istehsalçı, həm istehlakçı və tranzit ölkələrə, həm də sözügedən layihələri həyata keçirən şirkət və qurumlara, bütün iştirakçılara fayda gətirir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 2 mart.- S.1; 10.