Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində və “Avtomobil
nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci və 23-cü bəndlərini
rəhbər tutaraq,
"Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 2, (I kitab), maddə
202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr
835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə
1608, № 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, № 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, №
2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr
698, 701, 734, 749, 754, № 6, maddələr
1020, 1033, 1036, № 7, maddələr 1273, 1296,
1297, 1299, № 11, maddələr 1964, 1966,
1969, 1979, № 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr
160, 162, 163, № 3, maddələr 383, 401, 404,
№ 4, maddə 646, № 5, maddələr
857, 860, 862, 876, 883, № 6, maddələr
1153, 1168, № 7, (I kitab), maddələr
1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12, (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il
7 dekabr tarixli 1382-VQD,
1384-VQD nömrəli, 18 dekabr
tarixli 1395-VQD, 1398-VQD nömrəli
və 28 dekabr tarixli 1406-VQD, 1427-VQD, 1432-VQD nömrəli
qanunları) 327-ci maddəsinin
"Qeyd” hissəsinin
2-ci bəndinə "kateqoriyasına”
sözündən sonra
"(altkateqoriyasına)” sözü
əlavə edilsin.
Maddə 2. "Avtomobil
nəqliyyatı haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, № 7, maddə
599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə
1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə
1439; 2016, № 2, (II kitab), maddə
221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, №
1, maddə 22) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 14.2.6-cı maddəyə
"kateqoriyalı” sözündən
sonra "(altkateqoriyalı)”
sözü əlavə
edilsin;
2.2. 27.1.1-ci maddəyə
"kateqoriyası” sözündən
sonra "və
"D1” altkateqoriyası” sözləri,
"avtonəqliyyat vasitələrini”
sözlərindən əvvəl
"B”, "C” kateqoriyalarına və ya "C1” altkateqoriyasına daxil olan” sözləri əlavə edilsin;
2.3. aşağıdakı
məzmunda 27.1.1-1-ci maddə
əlavə edilsin:
"27.1.1-1. "D1E” altkateqoriyası
üzrə nəqliyyat
vasitələrini idarə
etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi
olan (yaşı 25-dən
az və 65-dən çox olmayan və "D” kateqoriyasına
və ya "D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə
etmək sahəsində
təcrübəsi iki
ildən az olmayan);”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 15 mart.- S.9.