Seneqal
Respublikasının Prezidenti Zati-aliləri cənab Maki Salla
Hörmətli cənab Prezident,
Seneqal Respublikasının Prezidenti vəzifəsinə
yenidən seçilməyiniz münasibətilə Sizi səmimi
qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə
Seneqal arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı yolunda birgə səylərimizi
bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, dost Seneqal
xalqının rifahı naminə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 mart 2019-cu il.
Azərbaycan.-
2019.- 8 mart.- S.5.