“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1467-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1467-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 9, maddə 1028; 2015, ¹ 10, maddə 1141; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 376; 2018, ¹ 9, maddə 1834) ilə təsdiq edilmiş "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqındaAzərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

"2.2-1. Doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs müraciət edə bilər.”;

3.2. 2.3-cü 2.7-ci bəndlərə "qanuni nümayəndədənsözlərindən sonra "(bu Əsasnamənin 2.2-1-ci bəndində nəzərdə tutulmuş halda onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsdən)” sözləri əlavə edilsin;

3.3. 2.4.6-cı yarımbəndə " ya qəyyumusözlərindən sonra ", yaxud qanuni nümayəndənin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxssözləri əlavə edilsin;

3.4. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

"2.9. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, bu əsasnamə ilə müəyyən edilmiş qaydada fərdi identifikasiya kartı verilir (kartın verilməsinə görə bu Əsasnamənin 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu qeydiyyat şöbəsinə daxil olduğu andan hesablanır).”;

3.5. 2.17.8-ci yarımbəndə "məlumatlarsözündən sonra (tibb müəssisəsi, immunlaşdırma digər tibbi məlumatlar) sözləri əlavə edilsin;

3.6. 2.23-cü bənd üzrə:

3.6.1. "hüquqi şəxslərsözlərindən sonra "(tibb müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin;

3.6.2. "2.17.8-ci” sözləri "2.17.7-ci” sözləri ilə əvəz edilsin;

3.6.3. "2.17.2” rəqəmlərindən sonra ", 2.17.8” rəqəmləri əlavə edilsin;

3.7. aşağıdakı məzmunda 2.23-1-ci bənd əlavə edilsin:

"2.23-1. Tibb müəssisələri üçün bu əsasnamənin 2.17.1, 2.17.3 - 2.17.8-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu açıq, 2.17.2 2.17.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu isə bağlıdır.”;

3.8. həmin əsasnaməyə Əlavə - "15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına fərdi identifikasiya kartının verilməsi (dəyişdirilməsi) haqqında Ərizə-Anketüzrə:

3.8.1. 1-ci hissənin birinci abzasına "qanuni nümayəndəsisözlərindən sonra "(onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs)” sözləri əlavə edilsin;

3.8.2. 2.1-ci bəndə "qanuni nümayəndəsininsözlərindən sonra "(onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin)” sözləri əlavə edilsin;

 

3.8.3. 2.2.9-cu yarımbəndə " ya qəyyumusözlərindən sonra ", yaxud qanuni nümayəndənin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxssözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il

 

Azərbaycan.- 2019.-14 mart.- S.2.