V.Ə.Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 17 mart.- S.1.