ADA Universitetinin tələbələri Sabit Rəhman Emin Sabitoğlunu yad ediblər

 

ADA Universitetindəİrstələbə klubunun təşəbbüsü ilə Sabit Rəhman Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) tələbələrinin qatıldığı proqramda hər iki görkəmli mədəniyyət xadiminin irsi xatırlanıb.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, tələbələrin musiqili çıxışları ilə yanaşı, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, professor Şirindil Alışanlı böyük yazıçı dramaturq Sabit Rəhmanın yaradıcılığı barədə məlumat verib.

Daha sonra Sabit Rəhman Emin Sabitoğlunun ssenarist bəstəkar kimi üzərində işlədikləri filmlər barədə müzakirələr aparılıb. Tələbələrin Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən tapdıqları maraqlı materiallar, iki görkəmli simanın birgə ərsəyə gətirdiyiHicrantamaşasından parçalar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə Sabit Rəhman Emin Sabitoğlu barədə xatirələrini bölüşüb.

ADMİU-nun rektoru, Emin Sabitoğlunun qızı Ceyran Mahmudova gözəl yaradıcılıq axşamına görə təşəkkürünü bildirib. O etiraf edib ki, Azərbaycan mədəniyyətini təbliğ edən eyni zamanda, onun ailə üzvlərinin irsini işıqlandıran tədbir onda kövrək hisslər yüksək təəssürat yaradıb.

Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, müasir zamanda gənclərin Azərbaycanın ədəbiyyatı incəsənətinin görkəmli şəxsləri barədə məlumatlandırılması çox vacibdir İrstələbə klubunun belə bir təşəbbüsü təqdirəlayiqdir. O, tələbələri həmyaşıdları arasında bu səpkidə maarifləndirmə fəaliyyətini davam etdirməyə çağırıb.

 

Azərbaycan.- 2019.- 17 mart.- S.3.