Basqalın sənətkar qadınlarından danışılıb

 

Basqal qəsəbəsi İsmayıllı rayonunda qədim yaşayış məskənlərindəndir. Burada qədim xalq sənətkarlığı bu gün yaşadılır. Vaxtilə sərbafları (kəlağayı toxucuları) ilə məşhur olan qəsəbədə kəlağayı muzeyi, bazar meydanı bu gün buraya gələnlərin diqqətini çəkir.

Yaxınlıqdakı Fit dağı, Fit qalası (Mustafa xan qalası da deyilir) turizm potensialı yüksək olan İsmayıllıda Basqalı özünəməxsus gözəlliyi tarixiliyi ilə fərqləndirir. Basqalı abadlaşdırmaq turistləri cəlb etmək üçün çox böyük layihələr icra olunacaq. Prezident İlham Əliyevin bu məqsədlə xüsusi proqramın hazırlanması ilə bağlı verdiyi sərəncam qəsəbəyə yeni həyat gətirməkdədir.

Bu fikirlər qəsəbədə keçirilən "Basqalın sənətkar qadınlarımövzusundakı seminarda səsləndirilib.

Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbdə təşkil olunan seminarda Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Azadə Şirəliyeva "Basqalın sənətkar qadınlarımövzusunda məruzə edib. Məruzəçi hələ orta əsrlərdən Basqalda hər bir evdə toxuculuq dəzgahının fəaliyyət göstərdiyini bildirib. XX əsrdə Basqalda sexlər yaradıldıqdan sonra qəsəbə əhalisinin əksəriyyəti toxuculuq boyaqçılıqla məşğul olub. Həmin dövrdə basqallılar kəlağayı toxuculuğu sənətini 14 şəhərdə yayıblar. Sexlərdə işləyən Basqal qadınlarının sayı 200 nəfərdən çox idi. Bu qadınlar toxuculuq, qəlibçilik, məkik, ipək sərmək boyaqçılıqla məşğul olublar.

Məruzəçi Basqalın vəfat etmiş bu gün fəaliyyət göstərən sənətkar qadınları haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, gələcəkdə bu sənətkarlar haqqında məlumat bazasının yaradılması planlaşdırılır.

Seminarda tam orta məktəbin direktoru Ağasəfər Qafarov, Azərbaycan Dövlət Turizm Agentliyinin əməkdaşı Elşən Mustafayev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək, son vaxtlar Basqalın sənətkar qadınları - kəlağayı ustaları, toxucular, dərzilər, rəssamlar, şirniyyatçılarla yaxın ünsiyyət qurulduğunu bildirib, onlarla daha sıx əməkdaşlıq ediləcəyi diqqətə çatdırılıb.

Sonda Basqalın bir qrup sənətkar qadınına hədiyyələr verilib.

 

Azərbaycan.- 2019.-17 mart.- S.6.