Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair müzakirələr aparılıb

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz Orta Asiya üzrə ofisinin rəhbəri səfir Maykl Siebert ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün Tvitter səhifəsində bildirib.

Görüşdə ikitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran regional beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində şöbə müdirinin Almaniya Prezidenti Kansleri Aparatında, aparıcı elmi-tədqiqat mərkəzlərində görüşləri, həmçinin Bundestaqda Cənubi Qafqaz mövzusunda çıxışı nəzərdə tutulub.

 

Azərbaycan.- 2019.-19 mart.- S.2.