Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 838;
2014, ¹ 7, maddələr 766, 787, ¹ 10, maddə 1165; 2015, ¹ 5, maddə
503; 2016, ¹ 2 (II kitab), maddə 215, ¹ 11, maddə 1773, ¹ 12, maddə
2010; 2017, ¹ 2, maddə 154, ¹ 5, maddə 755, ¹ 6, maddələr
1019, 1043; 2018, ¹ 3, maddə 373, ¹ 5, maddələr 837, 850; Azərbaycan
Respublikasının 2018-ci il 28 dekabr tarixli, 1406-VQD və
1451-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı məzmunda
11.5-ci maddə əlavə edilsin:
"11.5. Tikinti layihələrinin
şəhərsalma sənədlərinə
uyğunluğunun yoxlanılmasına, habelə
siyahısını, məbləğini və tətbiqi
hallarını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində
müvafiq qurumlar tərəfindən göstərilən digər
xidmətlərə görə haqq ödənilir.”.
2. 75-ci maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"75.1. Barəsində icazə
tələb olunan tikinti şəhərsalma və tikintiyə
dair normativ sənədlərin tələblərinə zidd
olmadığı təqdirdə müvafiq icra hakimiyyəti
orqanı (qurum) (reklam qurğularının tikintisinə
istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam
qurğularının tikintisinə icazənin verilməsi
qaydası bu məcəllənin 81-ci maddəsi ilə müəyyən
edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi
üçün qüvvədə olan müfəssəl plan əsasında
verilir. Belə plan olmadıqda və ya onun
müddəti bitdikdə tikintiyə icazə verilməsinin
mümkünlüyü bu məcəllənin 11-ci maddəsinə,
o cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və miqyası
ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas şərtlərinə
əsasən yoxlanılır.
75.2. Sifarişçi tikintiyə icazə
almaq üçün müraciət etməzdən əvvəl
tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə
verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin
tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin
hündürlüyü və s.) öyrənmək məqsədi
ilə obyektin təyinatını göstərməklə
müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə
müraciət edə bilər. Həmin
müraciətə 10 gün müddətində əsaslandırılmış
cavab verilməlidir.
75.3. Sifarişçi tikintiyə icazə
almaq üçün müvafiq icra hakimiyyəti orqanına
(quruma) ərizə ilə müraciət edir. Ərizəyə
aşağıdakı sənədlər əlavə olunur:
75.3.1. torpaq sahəsi
üzərində tikinti aparılmasına səlahiyyət verən
mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq
edən sənədin surəti;
75.3.2. tikinti layihəsi;
75.3.3. sifarişçi
hüquqi şəxs olduqda, hüquqi şəxslərin
dövlət reyestrindən çıxarışın surəti
fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən
sənədin surəti.
75.4. Müvafiq icra hakimiyyəti
orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti
layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü,
ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə
münasibətdə isə 2 iş günü ərzində
bu məcəllənin 75.3-cü maddəsində nəzərdə
tutulmuş sənədlərin tamlığını
yoxlayır. Sənədlər tam təqdim
olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum)
onların tamamlanması üçün zəruri hərəkətlər
barədə ərizəçiyə dərhal məlumat verir
və bu məqsədlə 10 gün müddət təyin
edir. Sənədlərin
tamlığının təmin edilməməsinin hüquqi nəticələri
ərizəçiyə izah olunur.
75.5. Tikintiyə dair sənədlərin
tamlığı təmin edildikdən sonra müvafiq icra
hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin
edir:
75.5.1. tikinti layihəsinin şəhərsalma
sənədlərinə (qüvvədə olan müfəssəl
plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə,
tikintiyə icazə verilməsinin
mümkünlüyünün Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması,
tikintinin növü və miqyası ilə bağlı
müfəssəl qaydalara və yaşayış məntəqələrində
yanaşı sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə) uyğun olub-olmaması barədə
rəy verilməsini;
75.5.2. bu məcəllənin
75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin
şəhərsalma sənədlərinə uyğunluğu
barədə rəy müsbət olduğu təqdirdə - bu
məcəllənin 75.6-cı maddəsində qeyd edilən
tikintiyə icazə ilə fəaliyyət sferasına
(maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy
bildirilməsi üçün sorğu göndərilməsini.
75.6. Tikintiyə icazə ilə fəaliyyət
sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
75.7. Bu məcəllənin 75.5.1-ci
maddəsində göstərilən rəy 5 iş
günü müddətində, 75.5.2-ci maddəsində
göstərilən sorğuya isə layihəsi ekspertizadan
keçirilməsi tələb olunan obyektlərə
münasibətdə 15 gün, layihəsi ekspertizadan
keçirilməsi tələb olunmayan obyektlərə
münasibətdə 5 gün müddətində bildirilməlidir.
Bu müddətlər ərzində göstərilən
rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti
orqanı (qurum) iradların olmaması prezumpsiyasından
çıxış edir. Tikinti layihəsinin şəhərsalma
sənədlərinə (qüvvədə olan müfəssəl
plana belə plan olmadıqda və ya onun müddəti bitdikdə
tikintiyə icazə verilməsinin
mümkünlüyünün Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
11-ci maddəsinə, o cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas şərtlərinə)
uyğun olmaması barədə rəy tikintiyə icazə
verilməsindən imtina üçün əsasdır.
75.8. Müvafiq icra hakimiyyəti
orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb
olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan
daxil olmuş rəyləri nəzərə almaqla 15 iş
günü müddətində baxır və tikintiyə icazə
verilməsi və ya icazə verilməsindən imtina edilməsi
barədə qərar qəbul edir.
75.9. Tikinti layihəsinin şəhərsalma
sənədlərinə uyğunluğu barədə rəy
müsbət olduğu təqdirdə müvafiq icra hakimiyyəti
orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb
olunan tikintiyə icazə icraatı çərçivəsində
tikinti layihələrini ekspertizadan keçirmək
üçün ekspertiza müəssisəsinə göndərir.
75.10. Müvafiq icra hakimiyyəti
orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb
olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan
daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu məcəllənin
90.2-ci maddəsində ekspertiza müddətinin
uzadılması üçün nəzərdə tutulan
hallar istisna olmaqla) müddətində baxır və tikintiyə
icazə verilməsi və ya icazə verilməsindən imtina
edilməsi barədə qərar qəbul edir. Şəhərsalma
və tikintiyə dair normativ sənədlərin tələblərinə
əməl olunmasını təmin etmək məqsədilə
tikintiyə icazədə siyahısını və tətbiqi
hallarını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi əlavə şərtlər də nəzərdə
tutulur.
75.11. Tikintiyə icazə verildiyi
halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin
bir nüsxəsi ərizəçiyə təqdim edilir və
belə icazə tikinti işlərinə başlanması
üçün əsas hesab olunur. Tikintiyə icazədə
tikintiyə başlanılması üçün
siyahısını və tətbiqi hallarını müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə
şərtlər nəzərdə tutulduğu hallarda həmin
əlavə şərtlərin yerinə yetirilməsindən
sonra ərizəçiyə xüsusi nişan
təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin
başlanmasına əsas hesab edilir. Tikinti
işlərinin başlanması üçün əlavə
şərtlər olduqda tikintiyə icazədə mütləq
göstərilməlidir. Tikintiyə icazənin,
xüsusi nişanın formasını və məzmununu
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Bu məcəllənin 75.4-cü maddəsinə
uyğun olaraq sənədlərin tamamlanması
üçün zəruri hərəkətlər barədə
ərizəçiyə məlumat verildiyi gündən sənədlərin
tamlığı təmin edildiyi günədək olan
müddət tikintiyə icazə icraatı üçün nəzərdə
tutulmuş müddətə daxil edilmir.
75.12. Tikintiyə icazədən irəli
gələn hüquq və vəzifələr
sifarişçinin hüquqi varislərinə də şamil
olunur.
75.13. Tikintiyə icazə barədə
qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi
müvafiq icra hakimiyyəti orqanında (qurumda)
saxlanılır. Bu qayda barəsində məlumatlandırma
icraatının aparıldığı obyektlərin tikinti
layihəsinə də şamil edilir.
75.14. Tikintiyə icazə verən
müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə
tutulmuş məlumatları 3 iş günü müddətində
vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan
Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin
məlumatlar 3 iş günü ərzində Tikintilərin
Dövlət Reyestrinin internet saytında yerləşdirilir.
75.15. Tikintiyə və tikinti
obyektinin istismarına icazə verilməsi qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.”.
3. 81.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"81.2. Müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum reklam
qurğularının tikintisinə icazənin verilməsi ilə
bağlı bu məcəllənin 75.4-cü, 75.5-ci, 75.8-ci,
75.11-ci, 75.14-cü və 82.1-ci maddələrində nəzərdə
tutulmuş tədbirləri görür.”.
4. 86.1.5-ci maddədə "75.7-ci”
sözləri "75.11-ci” sözləri ilə əvəz
edilsin.
5. 106-cı maddəyə
aşağıdakı məzmunda ikinci və
üçüncü cümlələr əlavə edilsin:
"Bu məcəllənin tələblərinin
pozulmasına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq
edilən cərimələrdən (o cümlədən onun tərəfindən
inzibati xəta haqqında protokol tərtib edilərək
baxılması üçün məhkəməyə
göndərilən inzibati xətalar haqqında işlər
üzrə tətbiq edilən cərimələrdən)
toplanan vəsaitin 50 faizi, həmçinin bu məcəllənin
11.5-ci maddəsinə əsasən toplanan haqqın müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən hissəsi müvafiq icra hakimiyyəti
orqanlarının işçilərinin sosial müdafiəsini
gücləndirmək məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanlarının hesablarına
köçürülür. Bu vəsaitin bölgüsü və
ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2019-cu il
Azərbaycan.- 2019.- 28 mart.- S.3.