“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1526-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1526-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 486; 2000, ¹ 3 (I kitab), maddə 158; 2001, ¹ 12, maddə 755; 2003, ¹ 10, maddə 546; 2004, ¹ 4, maddə 231; 2006, ¹ 8, maddə 660; 2008, ¹ 3, maddə 174, ¹ 8, maddə 714; 2009, ¹ 7, maddə 542; 2012, ¹ 11, maddə 1080; 2014, ¹ 10, maddə 1217, ¹ 12, maddə 1552; 2016, ¹ 2 (II kitab), maddə 239; 2017, ¹ 7, maddə 1320, ¹ 12 (I kitab), maddə 2342) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə "95-ci maddəsinin” sözlərindən əvvəl "56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsində (xidmət haqqının məbləğinə münasibətdə),” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin birinci (xidmət haqqının ödənildiyi hallara münasibətdə) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.3. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7-2.9-cu bəndlər əlavə edilsin:

"2.7. həmin məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində "müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçiləri nəzərdə tutulur;

2.8. həmin məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;

2.9. həmin məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinə münasibətdə) həyata keçirirlər.”.

4. Müəyyən edilsin ki, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq, müvafiq vəsaitdən istifadənin vahid qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilənədək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş vəsaitlərdən istifadənin qaydasını, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2019-cu il

 

Azərbaycan. - 2019.-28 mart.- S.3.