Rumıniya KİV “Formula-1” SOCAR Azərbaycan Qran-prisindən yazır

 

Rumıniyanın geniş oxucu kütləsinə malik "Amosnewsxəbər agentliyi "News24hours” informasiya portalı Bakıda keçirilmiş "Formula-1” SOCAR Azərbaycan Qran-prisi barədə AZƏRTAC-a istinadla məqalələr yayımlayıblar.

Məqalələrdə bildirilir ki, aprelin 28-də Bakıda "Formula-1” üzrə dünya çempionatının dördüncü mərhələsinin - SOCAR Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva Qran-prinin əsas yarışına baxıblar.

Qeyd olunub ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

 

Azərbaycan.- 2019.- 1 may.- S.8.