“Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı başa çatıb

 

Mayın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Nəsimi ili” çərçivəsində “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, digər dövlət və hökumət rəsmiləri, deputatlarbaşqa qonaqlar iştirak ediblər.

Tədbirdə tələbələr müzikl-tamaşalar nümayiş etdiriblər.

“Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Bu il aprelin 2-3-də festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 18 ali təhsil müəssisəsindən 800-ə yaxın tələbə müxtəlif nominasiyalar, musiqi (xalq mahnıları, klassik musiqi, estrada musiqisi, pop musiqisi, muğam, rok) rəqs (milli rəqslər (kollektiv, solo), müasir rəqslər (kollektiv, solo), dünya xalqlarının rəqsləri) janrlarında istedad bacarıqlarını nümayiş etdiriblər.

Festival bir sıra gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncü yerə layiq görülən Aysel Teymurzadə 2011-ci ildə Azərbaycana birinciliyi bəxş edən Eldar QasımovTələbə baharıfestivalının qalibi iştirakçısı olublar.

Sonda festivalın qaliblərinə Gənclər İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları xatirə hədiyyələri təqdim olunub.

Tələbə baharıümumrespublika tələbə yaradıcılıq festivalı 2011-ci ildən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

 

Azərbaycan.- 2019.-2 may.- S.6.