Prezident İlham Əliyev: “Azərbaycanda sabitliyin təminatçısı
Azərbaycan xalqıdır”
Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün
biz görürük ki,
dünyanın müxtəlif
yerlərində sabitlik
pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı
isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar
vəhdəti bu sabitliyi şərtləndirir.
Bu vəhdət imkan verir ki,
biz uzunmüddətli inkişaf
strategiyamızı planlaşdıraq.
Bu, imkan verir
ki, bu gün
Azərbaycana milyardlarla
dollar xarici sərmayə
qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində
yaşayır. Ona görə
bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin. Mən şübhə etmirəm
ki, Azərbaycanda bundan sonra da
ictimai-siyasi sabitlik təmin olunacaqdır.
AZƏRTAC xəbər
verir ki, “İlham Əliyev. İnkişaf
- məqsədimizdir” çoxcildliyinin
yenicə çapdan çıxmış 83-cü kitabında
yer alan
bu fikirlər dövlətimizin başçısının
2017-ci il noyabrın
14-də Yeni Azərbaycan
Partiyasının yaradılmasının
25 illiyinə həsr olunmuş təntənəli
yubiley mərasimində
söylədiyi nitqindən
götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin buraxılışına
məsul olduğu çoxcildliyin növbəti
kitabındakı materiallar
2017-ci ilin oktyabr-noyabr
aylarını əhatə
edir.
Kitaba Prezident
İlham Əliyevin
MDB Dövlət Başçıları
Şurasının Soçi
şəhərində keçirilən
iclasında, İstanbulda
D-8 IX Zirvə görüşündə,
Azərbaycan, İran və Rusiya liderlərinin Tehranda keçirilən Zirvə görüşündə çıxışlarının
və prezidentlərin
mətbuata bəyanatlarla
çıxışlarının, Belçikaya işgüzar
səfəri zamanı
“Şərq tərəfdaşlığı”
Sammitinin plenar iclasında “Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindən
biridir” mövzusunda çıxışının mətnləri daxil edilib.
Nəşrdə dövlətimizin
başçısının Azərbaycana səfərə
gəlmiş Bolqarıstan
Prezidenti ilə görüşü barədə
informasiya, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, iki ölkə arasında sənədlərin imzalanma
mərasimi barədə
məlumatlar, dövlət
başçılarının mətbuata bəyanatlarla çıxışlarının mətnləri yer alıb.
Azərbaycan Prezidenti
bütün görüş
və danışıqlarda
diqqəti Ermənistanın
işğalçılıq siyasətinə yönəldib,
dünya ictimaiyyətini
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq
hüququn norma
və prinsipləri çərçivəsində həllinə dəstək
verməyə çağırıb.
Çoxcildliyin 83-cü kitabında Prezident İlham Əliyevin Polşa, Ukrayna, İran, Monteneqro, İtaliya, Braziliya, Qazaxıstan və digər dövlətlərin, Avropa İttifaqı, ATƏT, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası və NATO-nun ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 78-ci iclasının iştirakçılarını qəbul etməsinə dair materiallar toplanıb.
Oxucular bu nəşrdə dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi nitqlərin, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxışının, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı “Euronews” telekanalının Azərbaycan və Türkiyə prezidentləri və Gürcüstanın Baş naziri ilə müsahibəsinin mətnləri ilə tanış ola bilərlər.
Kitaba, həmçinin Prezident İlham Əliyevin şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyəti ilə görüşündə çıxışının mətni, Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin, Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarına müraciətlərinin mətnləri, ayrı-ayrı ölkələrin dövlət başçılarına məktubları daxil olunub.
Dövlətimizin başçısının Gəncə şəhərinə, Abşeron, Tərtər və Ağcabədi rayonlarına səfərləri, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da bu kitabda tanış olmaq mümkündür.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 83-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.- 2019.- 3 may.- S.9.