Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə MoskvadaDostluq marafonukeçirilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Dostluq marafonukeçirilib.

AZƏRTAC xəbər verir ki, marafon Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Ümumrusiya Millətlərarası Gənclər İttifaqının dəstəyi ilə təşkil edilib. "Küləyə qalib gəl” Bakı marafonuna dəstək məqsədilə keçirilən, müxtəlif millətlərə və dinlərə mənsub olan insanları birləşdirən, idman vasitəsilə sağlam həyat tərzini təbliğ edən aksiyada RAGB-nin nümayəndələri, Rusiyanın ali məktəblərinin tələbələri iştirak edib.

Moskva "Dostluq marafonunun məsafəsi 8 kilometrə yaxın olub. İştirakçılar "Universitetmetrosunun yaxınlığında start götürərək, şəhərin müxtəlif yerlərindən – Kosıgin küçəsindən, "Vorobyovı qorı”dan, PuşkinskFrunzensk sahilboyundan, "Neskuçnı saddan keçərək Qorki parkında finişə çatıblar.

 

Azərbaycan.- 2019.- 7 may.- S. 10.