Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergigömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi qaydası

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Bu Qayda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (bundan sonra - AFFA) hüquqifiziki şəxslərə (bundan sonra - şəxs) Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergigömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənəd (bundan sonra - təsdiqedici sənəd) verməsi qaydasını müəyyən edir.

2. Təsdiqedici sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra - Məcəllə) və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (bundan sonra - Qanun) müəyyənləşdirilmiş güzəştləri və azadolmaları əldə etməyə əsas verən sənəddir.

3. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar təsdiqedici sənəd yalnız Məcəllədə və Qanunda nəzərdə tutulmuş şəxslərə verilir.

4. Təsdiqedici sənədin verilməsi üçün malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ilə əlaqədar bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin siyahısını Avropa Futbol Assosiasiyaları Birliyi (bundan sonra - UEFA) təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyininya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müraciəti əsasında AFFA-nın malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi ilə bağlı müqavilələrin surətlərinin təqdim edilməsini UEFA-dan tələb etmək hüququ vardır.

5. Təsdiqedici sənəddə onun verildiyi şəxslərə dair aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

5.1. fiziki şəxsdirsə - adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərə münasibətdə), futbol klubunun (assosiasiyasının) oyunçusuya işçisi olmasına dair məlumat;

5.2. hüquqi şəxsdirsə - adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, UEFA-nın yaratdığı və ya onu təmsil edən, yaxud onun tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxs olmasına dair məlumat.

6. Təsdiqedici sənəd bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla UEFA tərəfindən rəsmi təqdim edilmiş siyahıda adları sadalanan şəxslərlə bağlı həmin şəxslərin müraciəti olmadan, UEFA-nın müraciəti əsasında AFFA tərəfindən 3 (üç) günü ərzində UEFA-yabu Qaydanın 3-cü hissəsində qeyd olunan şəxslərə verilir.

7. AFFA verdiyi təsdiqedici sənədlə birgə aşağıda göstərilən məlumatları da elektron qaydadaya kağız daşıyıcıda 3 (üç) günü ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim etməlidir:

7.1. xidmət (mal, ) əldə edən və təqdim edən vergi ödəyicisinin adı;

7.2. xidmət (mal, ) əldə edən və təqdim edən vergi ödəyicisinin qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

7.3. xidmət (mal, ) əldə edən və təqdim edən vergi ödəyicisinin rezidenti olduğu ölkə;

7.4. xidmətin (malın, işin) adı;

7.5. xidmətin (malın, işin) məzmunu;

7.6. müqavilənin tarixi;

7.7. müqavilənin nömrəsi;

7.8. müqavilənin dəyəri;

7.9. müqavilənin icrasının başlanma tarixi;

7.10. müqavilənin icrasının bitmə tarixi.

8. Təsdiqedici sənədin formasını AFFA təsdiq edir.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ( ya) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qaydanın 7-ci hissəsində göstərilən məlumatlarda uyğunsuzluq ya çatışmazlıq aşkar etdikdə onların aradan qaldırılması mümkün olmadıqda bu barədə AFFA-ya dərhal məlumat verməlidirlər.

10. AFFA bu Qaydanın 9-cu hissəsinə əsasən daxil olmuş məlumatı təsdiq etdikdə təsdiqedici sənədin ləğvi barədə qərar qəbul edir UEFA-, Azərbaycan Respublikasının Vergilər Nazirliyini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini dərhal məlumatlandırır.

 

Azərbaycan.- 2019.- 17 may.- S. 3.