Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 9 avqust tarixli 548 nömrəli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2002-ci il 6 may tarixli 696 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 486; 2000, ¹ 3 (I kitab), maddə 158; 2001, ¹ 12, maddə 755; 2003, ¹ 10, maddə 546; 2004, ¹ 4, maddə 231; 2006, ¹ 8, maddə 660; 2008, ¹ 3, maddə 174, ¹ 8, maddə 714; 2009, ¹ 7, maddə 542; 2012, ¹ 11, maddə 1080; 2014, ¹ 10, maddə 1217, ¹ 12, maddə 1552; 2016, ¹ 2 (II kitab), maddə 239; 2017, ¹ 7, maddə 1320, ¹ 12, maddə 2342; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 596 nömrəli Fərmanı) 2.3-1-ci bəndinə " rayon” sözlərindən əvvəl ", Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair)” sözləri əlavə edilsin.

2. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 524; 2016, ¹ 2, maddə 251) 2-ci hissəsinin dördüncü abzasına " rayon” sözlərindən əvvəl ", Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair)” sözləri əlavə edilsin.

3. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqındaƏsasnamənin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 263; 2006, ¹ 8, maddə 666; 2007, ¹ 11, maddə 1110; 2014, ¹ 3, maddə 241; 2016, ¹ 2, maddə 251) 2-ci hissəsinin dördüncü abzasına " rayon” sözlərindən əvvəl ", Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair)” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2019-cu il