“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Peşə təhsili haqqındaAzərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Peşə təhsili haqqındaAzərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1230) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə "10.11-ci maddəsindəsözləri "10.11-ci, 10.21-ci 24.3-cü maddələrindəsözləri ilə əvəz edilsin.

1.2. 2.2-ci bənd üzrə:

1.2.1. "normativ hüquqi aktlarsözlərindən sonra ", o cümlədən dövlət təhsil standartları kvalifikasiyalara uyğun təhsil proqramları (kurikulumlar)” sözləri, "qəbul qaydasını təsdiq etməksözlərindən sonra ", dövlət sifarişini ödənişli əsaslarla təhsil haqqının məbləğini müəyyən etməksözləri, "akkreditasiyasısözündən sonra " təhsilverənlərinin attestasiyası (sertifikatlaşdırılması)” sözləri əlavə edilsin;

1.2.2. " 4.0.24-cü” sözləri ", 4.0.24-cü” sözləri ilə əvəz edilsin;

1.2.3. "(peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirmək, peşə təhsili müəssisələrinin yaradılması inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə)” sözlərindən sonra ", 4.0.25-ci 4.0.30-cu” sözləri əlavə edilsin.

1.3. 2.3-cü bəndə "10.17-ci” sözlərindən əvvəl "8.1-ci,” sözləri, "normativ hüquqi aktlar təsdiq etməksözlərindən sonra ", dövlət təhsil standartlarının kvalifikasiyalara uyğun təhsil proqramlarının (kurikulumların) icrasına nəzarət etməksözləri, "4.0.11-ci,” sözlərindən sonra "4.0.13-cü,” sözləri, "akkreditasiyasınısözündən sonra " təhsilverənlərinin attestasiyasını (sertifikatlaşdırılmasını)” sözləri "4.0.24-cü” sözlərindən əvvəl "4.0.20-ci, 4.0.22-ci (məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərə münasibətdə),” sözləri əlavə edilsin.

1.4. 2.4-cü bənddə "4.0.7-ci maddəsindəsözləri "4.0.7-ci, 4.0.10-cu 4.0.16-cı maddələrindəsözləri ilə, "vəzifənisözü "vəzifələrisözü ilə əvəz edilsin.

1.5. 2.5-ci bəndə "4.0.7-ci,” sözlərindən sonra "4.0.10-cu,” sözləri "4.0.14-cü,” sözlərindən sonra "4.0.16-cı,” sözləri əlavə edilsin.

1.6. 2.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.9-2.12-ci bəndlər əlavə edilsin:

"2.9. həmin Qanunun 4.0.12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

2.10. həmin Qanunun 4.0.17-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər;

2.11. həmin Qanunun 4.0.22-ci maddəsində nəzərdə tutulmuş vəzifəni (məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərə münasibətdə) 4.0.23-cü maddəsində nəzərdə tutulmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ixtisasına uyğun işlə təmin olunmasına yardım etmək vəzifəsini Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

2.12. həmin Qanunun 4.0.23-cü maddəsində nəzərdə tutulmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili almaq hüququnu təmin etmək vəzifəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirirlər.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2019-cu il

 

Azərbaycan.- 2019.- 19 may.- S.2.