Bakıda əfsanəvi ingilis personajlarının paradı keçirilir

 

Dünən UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə əlaqədar yerli Təşkilat komitəsi paytaxtda maraqlı layihəyə start verib.

Belə ki, mayın 29-u - final qarşılaşmasının keçiriləcəyi günə qədər əfsanəvi ingilis personajları - Ceyms Bond, Böyük Britaniya Kraliçası II Elizabet, onun mühafizə dəstəsi, "Bitlzrok qrupunun, dünya şöhrətli komediya ustası Çarli Çaplin, "Queen” qrupunun vokalisti Freddi Merküri, "Alisa möcüzələr diyarındaəsərinin qəhrəmanları, Harri Potter dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı - Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms digərləri Bakının müxtəlif yerlərində musiqili parad nümayiş etdirəcəklər.

Dünənki parad "Port Baku Mall”dan başlayaraq Kukla Teatrını, Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib. Personajların növbəti günlərdə Bakının hansı səmtində gəzintiyə çıxacağı sürpriz olduğu üçün ictimaiyyətə açıqlanmır.

Tanınmış ingilis qəhrəmanların personajlarının sonuncu dayanacağı mayın 29-da UEFA Avropa Liqasının final qarşılaşmasının keçiriləcəyi Bakı Olimpiya Stadionu olacaq.

 

Azərbaycan.- 2019.-22 may.- S.7.