Kiyevdə mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib

 

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində ucaldılan İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko, diplomatik korpusların nümayəndələri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV təmsilçiləri iştirak edirlər.

Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur.

Xatırladaq ki, heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə "Nəsimi ilinin elan edilməsi çərçivəsində ucaldılıb.

 

Azərbaycan.- 2019.- 25 may.- S.6.