ABŞ-dan İlham Əliyevin islahatlar kursuna tam dəstək

 

Xarici ölkə rəhbərlərinin son təbrik məktubları Azərbaycan Prezidentinin respublikamızın güclü beynəlxalq nüfuzunu bir daha təsdiq edir

 

Hər bir dövlətin tarixində əlamətdar məqam olaraq həkk edilən yetərincə günlər var. Onların ən mühüm bayram kimi qeyd edilənləri isə, adətən, xarici ölkə rəhbərlərinin diqqətindən kənar qalmır. Qarşılıqlı təbriklər diplomatik etiketin bir elementidir. Lakin bu məktublar yalnız nəciblik göstəricisi olmur, onların müəllifləri təbriklərini ünvanladıqları Prezidentə dövlətə münasibətlərini əks etdirirlər.

 

Donald TRAMP: "İlham Əliyevin liderliyini dəyərləndirirəm

 

Bu baxımdan 28 May - Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə xarici həmkarları tərəfindən göndərilən məktubların elə ilkin təəssüratı ölkə rəhbərimizin ümumilikdə dövlətimizin yüksək beynəlxalq nüfuzunu aydın göstərir.

Məsələn, dünyanın əsas fövqəlgücü sayılan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Dövlətlərimiz arasında ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri "Cənub qaz dəhlizitəşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində sizin liderliyinizi dəyərləndirirəm”, - deyə İlham Əliyevə münasibətini ifadə edir.

Ardınca isə İlham Əliyevin islahatlar kursuna tam dəstəyini ifadə edir: "Azərbaycanda islahatlar istiqamətində, xüsusilə qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq”.

ABŞ Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində İlham Əliyevin iştirakını təqdir etməsi mühüm münasibətdir: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik”.

Maraqlı məqam odur ki, ABŞ Prezidenti Donald Tramp İlham Əliyevlə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirsə , bunu yetərli saymır "tərəfdaşlığımızın gələcək illərdə inkişaf etməsini səmimiyyətlə arzulayıramdiləklərini çatdırır.

 

Həmkarları İlham Əliyevin liderlik bacarığını, idarəçilik istedadını xüsusi vurğulayırlar

 

Dünyanın nüfuzlu liderləri tərəfindən göndərilən digər təbriklərdə Azərbaycan Prezidentinə respublikamıza dəstək bildirilir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 il ərzində davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir, xalq sülh rifah içində yaşayır, ölkənizin beynəlxalq statusu nüfuzu daim artır. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Bu yaxınlarda II "Bir kəmər, bir yolBeynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində biz sizinlə əhəmiyyətli görüş keçirdik bir sıra razılıqlar əldə etdik”, - deyə yazır.

Çin rəhbərinin "Ölkələrimizin xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin bütün sahələrdə əməkdaşlığın daha yeni pilləyə yüksəlməsi üçün sizinlə birgə səylər göstərməyə hazıramfikri isə dünyanın ən qüdrətli ikinci iqtisadi-siyasi fövqəlgücü olan dövlətin İlham Əliyevə aşkar dəstəyi etimadıdır.

Ümumiyyətlə, İlham Əliyevə ünvanlanan təbrik məktublarında onun liderlik bacarığı, idarəçilik istedadı son islahatlar kursunun uğurlu gedişi xüsusi vurğulanır.

Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təbrikində "Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirikyazır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəmizin uğurlarının davamlılığını məhz İlham Əliyev amili ilə əlaqələndirir: "Dost qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün qürur mənbəyidir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir”.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani isə "İnanıram ki, Azərbaycan Respublikası sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdıryazır.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev "Bu gün Azərbaycan rəqabətqabiliyyətli, dinamik inkişaf edən dövlət kimi iqtisadi, sosial mədəni-humanitar sahələrdə nailiyyətləri ilə dünya birliyində layiqli yer tutur. Bununla əlaqədar olaraq arzu edirəm ki, ölkəniz sizin rəhbərliyiniz ilə daha intensiv inkişaf etsin xoş məramlarına çatsın”, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi "Xalqınızın ümid arzularının həyata keçirilməsində sizin uğurlarınızın davamlı olmasını ürəkdən arzulayıramsəmimi arzularını çatdırırlar.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin İlham Əliyevin qlobal miqyasda islam həmrəyliyinə verdiyi töhfələri yüksək, əvəzsiz qiymətləndirir: "Əminəm ki, zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın islam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini töhfələrini bundan sonra da əsirgəməyəcək”.

 

Dünyanın nüfuzlu liderlərindən İlham Əliyevə növbəti ehtiram etimad nümunəsi

 

Rusiyanın Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozovun təbrikini isə yüz minlərlə sakinin təşəkkürü kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin təşəbbüsü ilə vilayətdə həyata keçirilən layihələrin Həştərxanın simasını dəyişdirdiyini etiraf edən S.Morozov "Bu layihələr sizin şəxsi dəstəyiniz sayəsində mümkün olub. Buna görə sizə bütün həştərxanlılar adından dərin minnətdarlığımızı bildirirəmyazır.

Böyük Britaniya Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet, Yaponiyanın İmperatoru Naruhito, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, İtaliya Prezidenti Sercio Mattarella, İsveçin Kralı XVI Karl Qustav, Belçikalıların Kralı Filip, Hindistan Prezidenti Ram Nat Kovind, Bolqarıstan Prezidenti Rumen Radev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Koreya Prezidenti Mun Ce-in, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsini icra edən Əbdülqadir bin Saleh, Kuba Respublikası Dövlət Şurasının Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudes, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov, İraq Respublikasının Baş naziri Adil Abd əl-Mehdi, San-Marino Respublikasının kapitan-regentləri Nikola Selva Mişel Muratori, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud digərlərinin məktublarında da İlham Əliyevə ehtiram etimad ifadə olunur, Azərbaycanın son illərdə qazandığı nailiyyətlər qeyd edilir.

Ümumilikdə isə Prezident İlham Əliyevə ünvanlanan məktubların coğrafi miqyası qədər genişdirsə, qarşılıqlı əməkdaşlığın dərinləşməsinə ifadə olunan ümidlər daha böyükdür.

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2019.- 26 may.- S.1; 6.