LiFFtfestivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir

 

Mayın 27-də Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt” festivallar festivalının Azərbaycanda keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt” Beynəlxalq Humanitar Fondu tərəfindən təşkil edilən festival sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcək.

Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir.

Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNICEF-in dəstəyi ilə keçirilən festivalın mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFtfestivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir.

Mətbuat konfransında IV "LiFFtfestivallar festivalının dünya ədəbiyyatının, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərə diqqət yönəldilməsinə verəcəyi töhfə barədə danışılıb.

Vurğulanıb ki, festivalda nüfuzlu ədəbiyyat nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. Keçiriləcək ədəbiyyat forumları, "dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2019.- 28 may.- S.4.