Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqdan

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə bütün Azərbaycan xalqına Vyetnam Hökuməti xalqı adından ən xoş təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın regionda dünyada rolunun artmasından mövqeyinin möhkəmlənməsindən, xalqınızın qazandığı böyük sosial-iqtisadi uğurlardan məmnunluq hissi keçiririk.

Vyetnam xalqlarımızın maraqları naminə ölkələrimizin liderləri xalqları tərəfindən uzun illər ərzində yaradılmış inkişaf etdirilmiş səmərəli əlaqələrimizi bütün sahələrdə hər zaman təqdir edərək gücləndirmək niyyətindədir.

Son zamanlar Vyetnam-Azərbaycan əməkdaşlığının nəticələrini yüksək qiymətləndirirəm. Mən tam əminəm ki, ölkələrimizin liderlərinin güclü siyasi iradəsi birgə səyləri sayəsində Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətləri əməkdaşlıq ölkələrimizin inkişafına, bölgədə dünyada sülhə, sabitliyə rifaha əhəmiyyətli dərəcədə töhfə verməklə səmərəli şəkildə genişləndiriləcəkdir.

Mən Azərbaycanın daim firavan olmasını arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Nquyen Fu Çonq

Vyetnam Sosialist Respublikasının Prezidenti

 

Azərbaycan.- 2019.- 30 may.- S.6.