Azərbaycan Respublikasının PrezidentiZati-aliləricənab İlham Əliyevə

 

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi, Azərbaycan xalqını Keniya Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Bu əlamətdar gündə ölkələrimiz arasında mövcud olan xoş və səmimi münasibətləri qeyd etmək istərdim. İkitərəfli münasibətlərin inkişafına, xüsusilə təhsil, ticarət və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş səyləri yüksək qiymətləndirirəm.

Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimiz arasında daha yaxın birgə fəaliyyətin həyata keçirilməsini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

Uhuru Kenyatta

Keniya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2019.- 30 may.- S.6.