Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

 

Hörmətli cənab Prezident.

Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan özünün tarixində bugünkü qədər firavan qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

Türkmənistan Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.

Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.

Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram.

Səmimiyyətlə,

 

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti

 

Azərbaycan.- 2019.-30 may.- S.1.