Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar №3/10

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. İmamyar Bilman oğlu İsmayılov 39 saylı Kəpəz birinci (Gəncə), Asif Niftalı oğlu Hüseynov 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Məntiq Bahadur oğlu Cəfərov 38 saylı Nizami ikinci (Gəncə), Namiq İnqilab oğlu Quliyev 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

29.05.2019

 

Azərbaycan.- 2019.- 30 may.- S.10.