Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bizim ümumi türk köklərimiz, çoxəsrlik tarixə malik mənəvi-mədəni qohumluğumuz, zəngin əməkdaşlıq təcrübəmiz, müasir Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış və Sizin adınızla ayrılmaz surətdə bağlı olan sanballı uğurlar ənənəvi Başqırdıstan-Azərbaycan dostluq əlaqələrinin daha da genişlənməsi üçün yaxşı zəmin yaradır.

Rusiya Federasiyasının Başqırdıstan Respublikası Azərbaycan Respublikası ilə çoxtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu əməkdaşlığın tarixi, ilk növbədə, "İkinci Bakı” adlandırılan Başqırdıstanın neft sahəsinin inkişafı ilə bağlıdır. Azərbaycanlı mütəxəssislər bizim respublikada neftçıxarma və neft emalı sənayesinin formalaşmasına fəal kömək ediblər.

Elm-təhsil və mədəni-humanitar əlaqələr mühüm ənənəvi sahələr kimi qalır. Azərbaycan təmsilçiləri Başqırdıstanda keçirilən mədəni tədbirlərin daimi iştirakçılarıdır. Ənənəyə görə, respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələri Novruz bayramında bir yerə toplaşırlar və Azərbaycan diasporu sözsüz ki, ən fəal və parlaq diasporlardan biridir. Biz bütün perspektivli istiqamətlər üzrə dostluğu və tərəfdaşlığı bundan sonra da möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, milli bayramınız – Respublika Günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm.

Sizə və bütün Azərbaycan xalqına firavanlıq, rifahyeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Radi Xabirov

Rusiya Federasiyasının

Başqırdıstan Respublikasının rəhbəri

səlahiyyətlərini müvəqqəti icra edən

 

Azərbaycan.- 2019.- 31 may.- S.2.