İlham Əliyevin qurduğu Azərbaycan

 

Tarixinin ən qüdrətli dövrünü və möhtəşəm xalq-lider vəhdətini yaşayan kiçik məmləkət böyük dünyanı necə heyran edir?

 

Dünən səhərə doğru dünyanın hər bucağından 1 milyarda qədər seyrçi televiziyalarının qarşısında bayram sevinci yaşadı. Futbol üzrə Avroliqanın finalının həyəcanından vəcdə gələn azarkeşlər həm də ekran qarşısında maraqlı mənzərələrə şahid oldular.

Bir milyard insan bütün stadion boyu müxtəlif ölçülərdə dalğalanan on minlərlə bayrağın məhz Azərbaycanın rəmzi olduğunu bildi...

Tamaşaçı rekordunun yaşandığı stadionun yerləşdiyi şəhərin Bakı olduğunu öyrəndi...

Çoxsaylı idman telekanalları və sayt-mətbuatı vasitəsilə avropalı futbolçuların, azarkeşlərin dilindən azərbaycanlıların böyük mədəniyyətə, zəngin dəyərlərə, füsunkar paytaxta malik olduğunu eşitdi...

 

Keçmişi niyə unutmamalıyıq?

 

Dünya bir daha azərbaycanlıları, Azərbaycanı, Bakını tanıdı, - özü də yaxşı tərəfdən. Bu cümləni oxuyarkən, lütfən, çox da uzaq olmayan tarixi - 25-30 il öncəni xatırlayaq.

Az qala bütün dünya bizi "soyqırımları törədən barbarlar”, "məzlum ermənilərin qanına susayan vəhşilər”, "mədəniyyətdən, müasirlikdən uzaq, tör-töküntü, pinti şəhərləri olan xalqkimi tanımırdımı?!

Etiraf edək, onilliklər boyu bu beynəlxalq təəssürat altında yaşamışıq!

Qlobal miqyasda təklənmişik, qarşı tərəflərdə qıcıq yaratmışıq, bizi dinləməyiblər, səsimizi kəsiblər, ən adi məclislərə belə dəvət etməyə lüzum görməyiblər!

Birləşib Qarabağı əlimizdən alıblar!..

Bir milyondan artıq soydaşımızın məşəqqətli köçkünlük həyatını görməzdən gəliblər!..

Tək bunlarmı? Əlbəttə ki, yox, bu qara siyahının sonu heç bitirdimi?!

Amma indi - az qala hər ay beynəlxalq foruma, konfransa, sammitə evsahibliyi edən, bir xarici prezidenti yola salmamış digərini qarşılayan ölkənin vətəndaşları olaraq əsla tariximizi - o qaranlıq keçmişimizi unutmamalıyıq!

Bu gün hansısa beynəlxalq tədbirə görə yarım saatlıq bağlanan yola görə əsəbiləşəndə isə xatırlamalıyıq ki, onilliklər boyu dünyanın gözündə qapqara görünməkdən usanmışdıq, bezmişdik, ən əsası bu rəzil yalanların qarşısında müqavimətimizi itirib təslim olmuşduq...

Ta Heydər Əliyev gələnədək...

 

"Qara siyahı”dan örnək siyahısına...

 

Bu vəziyyətin necə dəyişdiyini, hansı məhrumiyyətlər, çətinlikilər, fədakarlıqlar nəticəsində "qara halqadan çıxdığımızı bəlkə də hər gün yada salmağa lüzum olsa da, bu dəfə keçilən yola nəzər salmayaq, sadəcə nəticələrlə kifayətlənək:

- Azərbaycanı "xalqların müqəddəratını təyinetmə hüququnu pozmaqdadinc əhaliyə qarşı zorakılıqda ittiiham edən” böyüyündən kiçiyinədək bütün beynəlxalq təşkilatlar Qarabağı indi Azərbaycan yurisdiksiyasında tanıyır;

- hər iclaslarında Azərbaycan əleyhinə bir qətnamə qəbul etməyə adətkarda olan beynəlxalq təşkilatlar artıq sammitlərini, konfranslarını nəinki ölkəmizin paytaxtında, hətta bölgələrində keçirir;

- Azərbaycanı bölgənin təhlükəsizliyinə "ən böyük təhdid” kimi qələmə verən xarici təsisatlar bu gun qlobal təhlükəsizliyin təminatında ölkəmizin töhfəsini əvəzsiz qiymətləndirir, bu yönümdə xidmətlərindən bəhrələnir, onu örnək kimi qəbul edir;

- Azərbaycanı "Qafqazın inkişafına, rifahına zərər vuran siyasət” yürütməkdə ittiham edənlər bu gün Qafqaz iqtisadiyyatının 80 faizinə sahib olan məmləkətimizin iştirakı olmadan adi bir layihənin də həyata keçmədiyini anlayır və qlobal enerji təhlükəsizliyinin təminində vacib aktor sayır;

- beynəlxalq təşkilatlarda illər boyu ən yaxşı halda müşahidəçi statusunda iştirak edən Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasına sədrlik edir, 150-yə yaxın üzv dövləti birləşdirən Qoşulmama Hərəkatının üç illik rəhbəridir;

- bizim bütün yollarımızı uzun illər hər istiqamətdə kəsənlərin indi öz yolu, əslində isə qlobal inkişafın, rifahın, ticarətin, sabitliyin yolu məhz Azərbaycandan keçir...

 

İlham Əliyev, Azərbaycan bir milyard insan...

 

Yuxarıda toxunduq: dünyanın dörd bir tərəfindən bir milyarda yaxın insan dünən səhərədək ölkəmiz, xalqımız, paytaxtımız barədə müsbət rəyə, emosiyaya sahib oldu.

Bilməyənlər bildi ki, Azərbaycan Bakı yaşayası, səfər ediləsi, heyran olunası məkandır!

İndiyədək duymayanlar da şahid oldu ki, azərbaycanlılar mədəni, müasir, işgüzar təfəkkürə sahib, şən, mehriban xalqdır, onlarla dostluq etmək olar!

Dünən dünyanın demək olar ki, bütün telekanallarında, qəzetlərində internet portallarında Azərbaycanın Bakının adı çəkildi!

Bundan böyük reklam, təşviqat ola bilərmi?!

Amma bir məqama da nəzər salaq: bu KİV-in 99 faizində İlham Əliyevin adı çəkilmədi!

Bu uğurlarda, nailiyyətlərdə onların təminatçısı xatırlanmadı!

Avroliqanın finalının məhz Bakıda keçirilməsinin əsas təşəbbüsçüsü yad edilmədi!

Belə olmalıdır - çünki İlham Əliyev belə istəyir belə edir!

İlham Əliyev bu fürsəti , bu imkanı da, həmişə olduğu kimi, yenə məhz tarixinin ən qüdrətli dövrünü yaşatdığı Azərbaycanının təbliğinə yönəltdi!

İlham Əliyev Azərbaycan adı, şanı, sözü olan yerdə vaxt şəxsi mənafeyini düşündü ki?!

Bu, yalnız təvazökarlıq deyil, həm İlham Əliyev dəyərləridir!..

Onun üçün reklamın da, təbliğatın da bir ünvanı var: Azərbaycan!..

İlham Əliyev Azərbaycana yönəlmiş bütün məkirlərə, rəzilliklərə, yalanlara qarşı yalnız lider tək yox, həm əsl kişi kimi sinə gərir.

Yaman işdə öndədir, yaxşı işdə arxada!

 

Qazanan Azərbaycandır!

 

Sözümüz aylardır İlham Əliyevə qarşı yeni şər cəbhəsi açmış dünya erməniliyinə yox, onların buyruq qullarına - "sapı özümüzdən olan baltalara”dır: İlham Əliyev öz ismini bir yerdə çəkmədən Azərbaycana növbəti möhtəşəm nailiyyət yaşatdı, xalqımızın dövlətimizin adını bu dəfə bir milyard insana yenidən xatırlatdı.

Bu tədbirdən İlham Əliyev, - hər cür bədxahlığı, yalanı yönəltdiyiniz lider, - öz nüfuzunu möhkəmləndirmək, reytinqini yüksəltmək üçün yararlandımı? Əsla, yox!

Bəs Azərbaycan itirdi?!

Azərbaycan qazandı?!

İtirdiyi heç nədir, qazandığı hər şeydir!

Bəs sizlər itirdiniz, qazandınız? Ritorik sualdır, bilməyənmi var?!

Amma qazandığınız 2-3 min avro, yaxud 4-5 min dollar müqabilində itirdiyiniz dəyərlər sizi bu xalqa, dövlətə bağlayan son tellər idi ki, onları da birdəfəlik qopartdınız!

Qazanan Azərbaycandır!

Qazanan Azərbaycandırsa, demək qazanan həm də İlham Əliyevdir!

İlham Əliyevin qazandıqları isə misilsizdironlara elə son üç günün timsalında baxaq.

Dənizkarı parkdakı adi gəzintinin xalq tərəfindən əzəmətli, izdihamlı görüşə çevrilməsi və Olimpiya stadionunda on minlərin əllərində üçboyalı bayrağımızla izhar etdikləri Lider sevgisi...

Bu məmləkətdə Azərbaycana sevgi ilə İlham Əliyev məhəbbəti nə vaxtdandır eyni mahiyyət kəsb edir...

Bu sevgi seli, əslində, həm də minnətdarlıq, şükranlıq dalğasıdır!..

Bir daha təşəkkürlər, cənab Prezident!..

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2019.- 31 may.- S.1; 3.