2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 10/41

 

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Sosial Demokrat Partiyası Plenumunun 2019-cu il 19 oktyabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

1.1. Səlahiyyətli nümayəndə:

Sevda Xanhüseyn qızı Əliyeva

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Rauf Rafiq oğlu Babayev

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

31.10.2019-cu il

 

Azərbaycan.- 2019.- 1 noyabr.- S.9.