AğsudaBasqal Mədəni İrsi” seminarı, səyyar sərgi və mədəni irs turu keçirilib

 

AR Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində "Basqal mədəni irsi” seminarı və səyyar sərgisi, eləcə də "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Orta əsr Ağsu şəhəri mədəni irs turu keçirilib.

Prezidentin "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında 2018-ci il 3 oktyabr tarixli sərəncamının bir illiyinə həsr olunan tədbirlərə tarixçi alimlər, eləcə də Ağsu, İsmayıllı, Şamaxı rayonlarından, Bakı və Sumqayıt şəhərlərindən, Basqal qəsəbəsindən olan ictimaiyyət nümayəndələri, rəssamlar, müəllimlər, elmi işçilər, məktəblilər qatılmışlar.

İştirakçılar tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bələdçiliyi ilə orta əsr Ağsu şəhəri, onun Cümə məscidi, buzxanası, sənətkarlıq emalatxanaları, hamam, şimal qala divarı, yaşayış evləri, qəbiristanlığı ilə tanış olublar. Tədbirlər zamanı orta əsr Ağsu şəhərini Dövlət Tarix-Mədəniyyət Qoruğu elan etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edilib. Mütəxəssislərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin geniş yaşıl meydanında Basqaldan tapılan arxeoloji materiallar, Basqal kəlağayıları, Basqalın tarixi məkanlarını əks etdirən fotosərgisi təşkil edilmişdir. Sərgi bir gün ərzində Ağsuya gələn qonaqlaryerli sakinlər üçün açıq olunmuşdu.

Sonra qonaqların iştirakı ilə "Basqal mədəni irsi” seminarı keçirilib. Seminarı "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. O, Basqal qoruğu haqqında geniş məruzə edib, Prezidentin sərəncamlarından irəli gələn aktualmühüm mühafizə və tanıtım tədbirlərindən danışıb. Fariz Xəlilli Basqal qoruğunda orta əsr Ağsu şəhəri, Ağsutex klubu və Tərəkəmə folkloru qrupunun sərgi və gələcəkdə mərkəzlərinin açılmasını arzuladıqlarını bildirib.

 

Azərbaycan.- 2019.- 5 noyabr.- S.4.